thumb|Əhməd şah Qacarın möhürü. Möhürün yuxarı hissəsində "Məmaliki-Məhrusəyi-İran" ifadəsi görünür.
Məmaliki-Məhrusəyi-İran (, ) və ya sadəcə Məmaliki-İran (, ) — Səfəvilər dövründən XX əsrin əvvəllərinə qədər İranın ümumi və rəsmi adı olmuşdur.
"Məmaliki-Məhrusə" ideyası fars dili, monarxiya və şiə islamı kimi ortaq mədəni ünsürlərə malik olan cəmiyyətdə ərazi və siyasi bütövlük hissi nəticəsində formalaşmışdır. Bu konsepsiya daha əvvəl Sasanilər İmperiyası (224–651-ci illər) dövründə İranın rəsmi adı olan İranşəhr formasında istifadə edilmişdir. Həmin anlayış İranı dövlət tərəfindən idarə olunan və fərqli coğrafi bölgəyə malik mühafizə edilən bir siyasi vahid kimi təbliğ etmişdir.
XX əsrdə, Qacarlar dövründə İranın məruz qaldığı ərazi itkiləri Qorunan Məmləkətlər və İran torpaqlarının hüdudları haqqında yeni bir anlayışın yaranmasına səbəb olmuşdur. Məmaliki-Məhrusənin Böyük İran üzərindəki hakimiyyətində məhdudiyyətlər yaranmış, nəticədə Qafqaz əyalətləri və Herat kimi ərazilər itirilmişdir.
Ad "İran" adı həm İrandilli xalqların vətənini, həm də iranlı hökmdarların padşahlığını ifadə etmişdir. İran xalqı ilə bu torpaqlar arasında İran ərazisi konsepsiyasına bağlı olan bir əlaqə mövcud olmuşdur. Modern dövrdən əvvəlki zamanlarda həm sülalə mülkü, həm də region fars dilindəki "keşvər" (ölkə) termini ilə adlandırılmışdır. "Mələkə" kökündən gələn və "sahib olmaq və ya idarə etmək" mənasını verən ərəb mənşəli "məmləkət" sözü "keşvər" termininin ən geniş yayılmış tərcüməsi kimi çıxış etmişdir. İran tarixşünaslığında "məmləkət" ifadəsi tez-tez dəqiq müəyyən edilmiş padşahlıqları və ya hökmdar mülklərini, eləcə də onları təşkil edən əyalətləri bildirmək üçün istifadə olunmuşdur. Bura "Məmaliki-Məhrusəyi-İran" () də daxil idi. Səfəvilər dövründən (1501–1736-cı illər) etibarən "məmaliki-məhrusəyi-xosrovani" () və "məmaliki-məhrusəyi-hümayun" () kimi digər variantlar da tətbiq edilmişdir. Bu adın qısaldılmış forması olan "məmaliki-İran" () ifadəsinə ən çox Qacarlar dövrünə (1789–1925-ci illər) aid yazılı mənbələrdə rast gəlinmişdir.
Tarixi
Erkən dövr Yerləşdiyi coğrafi mövqe və ekosistemi, habelə ali mədəniyyətin və fars dilinin populyarlığı sayəsində İran islami fəth ilə Səfəvi dövlətinin qurulması arasındakı dövrdə öz mədəni kimliyini qoruyub saxlamağa müvəffəq olmuşdur. "Məmlaliki-Məhrusə" ideyası fars dili, monarxiya və şiə islamı kimi ortaq mədəni ünsürlərə malik olan cəmiyyətdə ərazi və siyasi bütövlük hissi nəticəsində formalaşmışdır. Bu konsepsiyanın ehtimal olunur ki, XIII əsrin sonlarında, regional fəaliyyətlərin, ticarətin, yazılı mədəniyyətin və qismən şiə islamının erkən modern fars-islam dünyasının formalaşmasına töhfə verdiyi Monqol Elxanilər dövründə təşəkkül tapmağa başlamışdır.
"Məmaliki-Məhrusəyi-İran" adı ölkənin mərkəzləşdirilməmiş idarəçiliyinə, eləcə də mədəni və etnik rəngarəngliyinə işarə etmişdir. İranşünas Abbas Əmanətin fikrinə görə, bu İran anlayışında yalnız ölkənin mürəkkəbliyinin yox, həm də mərkəzi dövlətə olan daxili ehtiyacın real şəkildə qəbul edildiyi iddia oluna bilər. Həmin konsepsiya daha əvvəl Sasanilər imperiyası (224–651-ci illər) dövründə İranın rəsmi adı olan İranşəhr formasında istifadə edilmişdir. Bu ad İranı dövlət tərəfindən idarə olunan və müəyyən bir coğrafi bölgəyə malik, mühafizə edilən siyasi vahid kimi təbliğ etmişdir. Adətən divarlarla əhatə olunmuş şəhəri təsvir etmək üçün istifadə olunan farsmənşəli "şəhr" termini etimoloji baxımdan "şah tərəfindən idarə olunan ərazi" mənasını verir. Mahiyyət etibarilə "şəhr" anlayışı, qədim Yunanıstanın polis ideyasına bənzər şəkildə, şəhər mühitində inkişaf edən mərkəzləşdirilmiş dövləti təcəssüm etdirmişdir.
Səfəvilər dövrü thumb|upright=1.4|Səfəvilər dövləti və onun inzibati bölgüsünün xəritəsi. 1736-cı ildə nəşr olunmuşdur.
XIV əsrin ortalarından etibarən hərbi və teoloji hücumlara məruz qalmasına baxmayaraq, Səfəvi təriqəti Azərbaycan bölgəsində və Şərqi Anadoluda mühasirəyə alınmış bir anklav kimi varlığını qoruya bilmişdir. İranda hakimiyyətə gəldikdən sonra bu hərəkat öz təbəələrinə yeni bir şiə kimliyi aşılamış və ölkənin siyasi suverenliyinin bir hissəsini təşkil edəcək imperiya dövləti qurmuşdur. Səfəvi şahı I İsmayılın (hakimiyyəti: 1501–1524-cü illər) və onun xələflərinin tətbiq etdiyi sərt metodlara rəğmən, sülalə bir əsr əvvəl Teymurilər dövlətinin hökmdarı Əmir Teymurun (hakimiyyəti: 1370–1405-ci illər) dövründən bəri İranı parçalayan müxtəlif yerli sülalələri, etnik qrupları və mədəniyyətləri vahid mərkəzdə birləşdirməyə nail olmuşdur. Beləliklə, Səfəvilər Məmaliki-Məhrusəyi-İran konsepsiyasını yenidən canlandırmışdır. Bu ad həmin dövrdən başlayaraq XX əsrin əvvəllərinə qədər İranın ümumi və rəsmi adı kimi xidmət etmişdir.
Şah I Abbasın hakimiyyətinin sonlarına doğru Səfəvi salnamələri "Dövləti-Aliyyəyi-Səfəviyyə" () ifadəsinin əvəzinə "Məmaliki-Məhrusəyi-İran" ifadəsinə daha tez-tez müraciət etməyə başlamışdır. Bu dövrdə portuqaliyalıların qovulması, özbəklərin dəf edilməsi və Səfəvi torpaqlarının Osmanlılardan geri alınması nəticəsində Səfəvilər dövlətində bir özünəinam və təhlükəsizlik hissi formalaşmışdır. XVII əsrə aid Avropa hesabatlarının əksəriyyəti genişlənmiş daxili və beynəlxalq kommunikasiya şəbəkəsi, artan şəhər əhalisi, asudə vaxtın mürəkkəb dərki və inkişaf edən şiə intellektual kimliyi sayəsində mümkün olan yeni rifah dövrünü təsdiqləmişdir.
Qacarlar dövrü thumb|Ağa Məhəmməd xan Qacarın portreti. 1820-ci il.
Qacarların imperiya idarəçilik sistemini bərpa etdiklərinə dair iddiaları Məmaliki-Məhrusəyə nəzarət etmək prinsipinə əsaslanmışdır. Qacarların hakimiyyəti illərində torpaq mülkiyyəti və ya idarəçiliyində, yaxud təbii mühitin dəyişdirilməsi cəhdlərində digər tarixi dövrlərdən fərqli olaraq əsaslı yeniliklər baş verməmişdir. Bunun əvəzinə onlar siyasi nüfuzlarının mahiyyətini torpaq üzərindəki hakimiyyətlərində görmüşdülər. Qacar şahları torpaq hüquqlarının müdafiəçisi və paylayıcısı statuslarını qorumaq üçün keçmiş sülalələrin adət-ənənələrindən və strukturlarından təkrarən istifadə etmişdir.
Qacar hökmdarı Ağa Məhəmməd şah Qacar siyasi fəaliyyətinin böyük hissəsini vaxtilə Səfəvilərin idarə etdiyi torpaqlarda Qacar suverenliyini bərpa etməyə həsr etmişdir. O, 1779-cu ildə Şirazda Zəndlərin əsirliyindən qaçdığı vaxtdan 1796-cı ildə şahlıq tacını qoyduğu dövrə qədər təxminən iyirmi il ərzində bütün səylərini bu məqsədə yönəltmişdir. Şirazı tərk etdikdən sonra Ağa Məhəmməd şah illərlə İranın şimalında hakimiyyətini möhkəmləndirməyə çalışmışdır. 1785-ci ildə bu prosesi tamamladıqdan sonra diqqətini İranın mərkəzi və cənubi hissələrinin ələ keçirilməsinə yönəltmişdir. 1794-cü ilə qədər o, Kirman və Fars vilayətlərini fəth etmiş, ən böyük rəqibi olan Zənd hökmdarı Lütfəli xan Zəndi (hakimiyyəti: 1789–1794-cü illər) məğlub etmiş və öldürmüşdür.
1796-cı ildə Ağa Məhəmməd şah Xorasan və Gürcüstanın böyük hissəsini fəth etmiş, bütün keçmiş Səfəvi torpaqları üzərində nəzarəti ələ keçirmişdir. Məqsədinə çatdıqdan sonra o, rəsmən özünü şah elan etmişdir. İran tarixçisi Asif Əşrəfin qeyd etdiyi kimi, bu uzunmüddətli fəth prosesi Ağa Məhəmməd şahın, dolayısı ilə Qacarların geniş İran bölgələri üzərindəki nəzarətinin nə dərəcədə etibarlı olması və Qacar hakimiyyətinin konkret olaraq nə vaxt başladığı barədə müxtəlif suallar doğurur. Ehtimal olunur ki, müəllif keçmiş Səfəvi ərazilərinin fəthini öz legitimliyi üçün zəruri hesab etmiş, buna görə də həmin torpaqları tam tabe etmədən özünü şah elan etməmişdir. Dövrün tarixi salnaməsi olan "Rüstəmüt-təvarix" əsərində Ağa Məhəmməd şahın hakimiyyətinin hər ili bir neçə sözlə xülasə edilmiş və onun fəth etdiyi bölgələrin siyahısı verilmişdir.
XIX əsrin əvvəllərində baş vermiş Rusiya–İran müharibələri zamanı "Məmaliki-Məhrusə" termini yeni siyasi məna kəsb etmiş, İran ərazisinin xarici işğaldan müdafiə olunması üçün tətbiq edilən praktiki vasitəyə çevrilmişdir. Təbrizdə İraqdan olan iki görkəmli şiə fəqihi tərəfindən yazılmış cihad fətvaları əsasında tərtib edilmiş kitabda Qacar vəziri və dövlət xadimi Mirzə Əbülqasim Fərəhani cihadın əhəmiyyətini vurğulayan müqəddimə yazmışdır. O, "rus millətinin Məmləkəti-Məhrusə daxilində törətdiyi iğtişaşlara" qarşı çıxmağın kollektiv dini vəzifə olduğunu iddia etmişdir.
Əbülqasim Fərəhani siyasi şüarı xatırladan və İranı müdafiə etməyə təşviq edən nəsr nümunəsi yaratmaq məqsədilə "məhrus" (qorunan) sözü ilə qafiyələnən ifadələrdən istifadə etmişdir. Rusiyanın Qacar mülklərinə yaratdığı təhlükə mənhus (uğursuz) hesab edilmiş və bu vəziyyətin Qacarların ərazi bütövlüyünə, eləcə də namusuna təhdid olduğu bildirilmişdir. Rusiya ilə aparılan iki müharibə (1804–1813-cü və 1826–1828-ci illər) nəticəsində Qafqaz əyalətlərinin itirilməsi Qacarların "Qorunan İran məmləkətlərinin hamisi" kimi nüfuzuna ciddi xələl gətirmişdir.
Fətəli şah Qacar (hakimiyyəti: 1797–1834-cü illər) mərkəzi dövlətin tabeliyində olan və şahzadələr tərəfindən idarə edilən yarımmuxtar idarəçilik sistemi yaratmışdır. Səlcuqlu və Səfəvi dövrlərində də tətbiq edilən bu xüsusiyyət "Məmaliki-Məhrusə" konsepsiyasına yeni məna qazandırmışdır. Böyük şahzadələr əsasən Təbriz, Şiraz, Kirmanşah, İsfahan və Məşhəd kimi şəhərlərdə vali kimi, yaxud Qacar sarayı və ordusunda yüksəkrütbəli məmurlar kimi xidmət etmişdilər. Daha kiçik inzibati vahidlərin idarəsi isə gənc şahzadələrə həvalə olunmuşdur.
Britaniyaya məğlub olduqdan sonra İran 1857-ci ildə Paris müqaviləsini imzalamış və bu sənədlə Herat və ya Əfqanıstanın digər əraziləri üzərindəki bütün ərazi iddialarından imtina etmişdir. XIX əsrdə Qacarların məruz qaldığı ərazi itkiləri Məmaliki-Məhrusə və İran torpaqlarının hüdudları haqqında yeni bir anlayışın formalaşmasına yol açmışdır. Beləliklə, Qafqaz əyalətləri və Herat kimi bölgələrin itirilməsi ilə Məmaliki-Məhrusənin "Böyük İran" üzərindəki hakimiyyəti məhdudlaşmışdır. İranın son sərhədləri Rusiya, Britaniya və Osmanlı imperiyaları ilə olan münaqişələr nəticəsində müəyyən edilmişdir.
1924-cü ilin noyabrında İran generalı Rza xan tərəfindən Xuzistanın Məhəmmərə əmirliyindən geri alınması "Məmaliki-Məhrusəyi-İran" konsepsiyasının sonunu gətirmiş və bu anlayış daha mərkəzləşdirilmiş "Uca İran Dövləti" konsepsiyası ilə əvəz olunmuşdur. Növbəti il zəifləmiş Qacar sülaləsi devrilmiş və hakimiyyətə Rza şah kimi tanınan Rza xanın Pəhləvi sülaləsi gəlmişdir.
Coğrafiya Modern dövrdən əvvəl İranın sərhədləri tarix boyu dəyişməz qalmışdır. Məmaliki-Məhrusənin sərhədlərinin tərifi Sasanilər dövrünə aid "Tənsər məktubu"nun mətnindəki İranşəhr anlayışı, eləcə də XIV əsr coğrafiyaşünası Həmdullah Qəzvininin "Nüzhətül-qülub" əsərindəki təsvirlərlə, demək olar ki, eyniyyət təşkil etmişdir.
Məhəmməd Müfid Müstovfi Bafqi 1670-ci illərdə qələmə aldığı "Müxtəsəri-Müfid" adlı coğrafi məcmuəsində İranın Qorunan Məmləkətlərinin hüdudları barədə məlumat vermişdir. O, öz fikrinə görə, İranın "Məmləkəti-Məhrusəsi"ni təşkil edən çoxsaylı ərazilərin geniş siyahısını təqdim etmişdir. Həmin dövrdə Hindistanda yaşayan müəllifin bu əsəri yazmaqda əsas məqsədlərindən biri Hindistanın böyük imperiya olması iddiasına qarşı çıxmaq olmuşdur. Onun təsəvvür etdiyi "Böyük İran" vilayəti, əslində 1638-ci ildən Osmanlı hakimiyyəti altında olan bütün Mesopotamiyanı əhatə etmişdir. Müəllif xüsusilə şiə müsəlmanları üçün əhəmiyyət kəsb edən əraziləri, xüsusən də mühüm şiə ziyarətgahlarının yerləşdiyi Mesopotamiyanı ön plana çıxarmışdır. Şah I Abbasın hakimiyyətindən bəri Səfəvi idarəçiliyində olan Bəsrə körfəzi sahili onun siyahısında sonuncu yer olaraq qeyd edilmişdir. Hindistan yarımqitəsi və ərəb bölgələri ilə əlaqələrinə görə bu region İranın mərkəzi ərazilərindən ən çox təcrid olunmuş və idarəçiliyin ən zəif təşkil edildiyi yer hesab olunmuşdur.
Fətəli şah Qacarın (hakimiyyəti: 1797–1834-cü illər) "vaqeənəvis"i (saray salnaməçisi) Mirzə Fəzlullah Xavəri Şirazi "Tarixi-Zülqərneyn" əsərində Məmləkəti-Məhrusənin sərhədlərini təsvir etmişdir.