II İştvan (; ) — Macarıstan və Xorvatiya kralı.

Atası Kral Kalman tərəfindən hələ 4 yaşında ikən ortaq monarx elan edildi. Buna səbəb isə o illərdə taxt mübarizəsi aparan əmisi Almosa qarşı siyasi nüfuz qazanmaq idi. Atasının 1116-cı ildə vəfatından sonra suveren hökmdar kimi hakimiyyətinə davam etdi. Səltənətinin ilk illərində Venesiya Dalmatiya əyalətini işğal etdi və bölgə bir daha geri alınmadı.

Səltənəti boyunca bir çox qonşu dövlətlə hərbi münaqişəyə girişdi. Övladı olmadı və bu səbəblə, taxt əmisi oğlu II Belaya qaldı.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları