Əmine Ülkər Tarhan (; ) — türk hakim və siyasətçisi.
Türkiyə Böyük Millət Məclisinin XXIV çağırış Ankara millətvəkili olan Tarhan, 29 iyun 2011 – 26 iyun 2013-cü illərdə CHP Qrup rəhbəri vəkili vəzifəsini icra edib. 2014-cü ildə Anadolu Partiyasını quraraq, 12 dekabr 2015-ci ildə partiya bağlanana qədər onun sədri olub. Siyasətə atılmadan əvvəl hakimlik etmiş Əmine Ülkər, Hakimlər və Prokurorlar Birliyinin (YARSAV) təsisçi üzvü və keçmiş sədrlərindən biri olub.. Həyatı Əmine Ülkər Tarhan 29 noyabr 1963-cü ildə Mərsinin Tarsus ilçəsində anadan olub. Girit mühaciri olan atasının adı Əli, anasının adı isə Halisə olub. Lisey illərində lisenziyalı həndbol və basketbol oyunçusu olub. 1981-ci ildə Ankara Universitetinin Hüquq fakültəsinə daxil olan Əminə Ülkər 1986-cı ildə məzun olub.
O, bir müddət sərbəst vəkil, daha sonra isə dövlət vəkili kimi fəaliyyət göstərib. 1994-cü ildə isə hakimlik peşəsinə keçid edib. İslahiyədə başladığı hakimlik vəzifəsini Türkiyənin müxtəlif yerlərində davam etdirib. 2001-2011-ci illərdə Yargıtay 4-cü Cinayət Dairəsində tədqiqatçı hakim olub. 2007-ci ildə "Təhqir və Təhdid cinayətləri" adlı kitabı nəşr olunub.
Hakimlər və Prokurorlar Birliyinin (YARSAV) təsisçi üzvü olan Tarhan, birliyin Baş katibi, 15 noyabr 2009-cu ildən 10 mart 2011-ci ilə qədər isə sədri olub. Şəxsi həyatı Təhsil illərində sinif yoldaşı Mehmed Umur Tarhanla evlənən Əminə Ülkər Tarhanın bu evlilikdən iki övladı var.
Siyasi karyerası Əminə Ülkər Tarhan millət vəkilliyinə namizəd olmaq üçün 2011-ci ildə hakimlik vəzifəsindən və YARSAV (Yargıçlar ve Savcılar Birliği) sədri postundan istefa verib. 12 iyun 2011-ci il seçkilərində TBMM-in XXIV çağırış Ankara millət vəkili seçilib. 29 iyun 2011-ci ildən 26 iyun 2013-cü ilədək CHP Qrup rəhbəri vəkili vəzifəsini icra edib. 2014-cü ildə "Məni susdura biləcək tək şey" adlı kitabı nəşr olunub.
Əkmələddin Ehsanoğlunun 2014-cü il Türkiyə prezident seçkilərində CHP və MHP-nin ortaq namizədi kimi göstərilməsindən sonra CHP rəhbərliyinə qarşı kəskin tənqidlər səsləndirib və sözügedən seçkinin ardınca, 31 oktyabr 2014-cü il tarixində CHP-dən istefa verib.
O, iki həftə sonra, 14 noyabr 2014-cü ildə Anadolu Partiyasını qurub. Partiya 2015-ci ilin iyununda keçirilən seçkilərdə 0,06 faiz səs topladıqdan sonra 12 dekabr 2015-ci ildə fəaliyyətini dayandırıb (özünü ləğv edib).
O, 24 mart 2026-cı ildə, 12 il sonra yenidən CHP-yə geri dönüb. Tarhana ünvanlanan tənqidlər O, 17 dekabr korrupsiya və rüşvət təhqiqatı çərçivəsində TBMM-də keçirilən Ali Divan səsverməsində iştirak etmədiyi üçün tənqid olunub.
Prezident seçkiləri prosesində CHP-nin partiya işlərində iştirak etmədiyi üçün Kamal Kılıçdaroğlu tərəfindən də tənqid olunub.
Məni susdura biləcək tək şey "Məni susdura biləcək tək şey", Əminə Ülkər Tarhanın 2014-cü ildə işıq üzü görmüş müsahibə kitabıdır. Kitab Əmrah Akkurt tərəfindən nəşrə hazırlanıb.
Əsər hüquqşünas və siyasətçi Əminə Ülkər Tarhana ünvanlanan; uşaqlığından şəxsi həyatına, hakimlilik fəaliyyətindən qadın hüquqlarına qədər bir çox mövzunu əhatə edən suallara verilən cavablarından ibarətdir. Müəllif, kitabın adını millət vəkili Əminə Ülkər Tarhanın 2012-ci ilin iyununda TBMM kürsüsündəki çıxışına müdaxilə edən digər bir millət vəkilinə cavab olaraq dediyi: "Məni susdura biləcək tək şey bilikdir hanım əfəndi, o da sizdə yoxdur" ifadəsindən götürüb.
İstinadlar
Xarici keçidlər
Emine Ülker Tarhan'ın TBMM'deki sayfası Vahşi Yöntemleri Kullanıyorlar, Hürriyet Pazar, 18.04.2010 Emine Ülker Tarhan Eli Palalılar, Facebook, 06.07.2013
Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri