Marqarita Stokovski (; ) — polyak əsilli alman yazıçısı. O, "Spiegel Online" jurnalı üçün yazdığı və Almaniyada feminizmin hazırkı vəziyyətindən bəhs edən həftəlik esseləri ilə tanınır. Onun esselərinin oxunma sayı 900000-ə qədərdir. "Süddeutsche Zeitung" qəzeti 2019-cu ildə onu "Alman feminizminin ən gur səsi" adlandırıb.
Stokovski hər bir cins üçün azadlığı müdafiə edir və neoliberalizmi, xüsusilə qadınların, eyni zamanda da kişilərin məruz qaldığı istismara görə tez-tez tənqid edir. Onun fikrincə, müasir Almaniya cəmiyyəti əlçatmaz gözəllik standartları müəyyən etməklə qadınları ehtiyac duymadıqları malları almağa sövq edir və ya öz bədənlərindən narazı salaraq onları yanlış yönləndirir. O bildirir ki, qeyri-patriarxal dünya hər kəs üçün daha yaxşı olardı və bəzi insanların patriarxatdan əl çəkməməsinin əsas səbəbini hakimiyyəti itirmək qorxusunda görür. Stokovski bütün dünyadakı sağçı meyllərin kəskin müşahidəçisi və tənqidçisidir.
O, COVID-19 peyvəndlərinin mübahisəli təşviqi olan "Mən özümü qoruyuram" adlı reklam kampaniyasında Səhiyyə Naziri Karl Lauterbax ilə birlikdə çıxış edib.
2019-cu ilin iyuluna olan məlumata görə, Stokovskinin iki kitabı: 2016-cı ildə işıq üzü görən "Untenrum frei" (Aşağı tərəf azaddır) və 2018-ci ildə çap edilən "Die letzten Tage des Patriarchats" (Patriarxatın son günləri) nəşr olunub. Hər iki əsər böyük uğur qazanaraq bestseller siyahılarında yüksək sıralarda qərarlaşıb.
2019-cu ilin sentyabrında Stokovski köşə yazılarındakı tənqidi təhlillərinə görə Kurt Tuxolski mükafatına layiq görülüb. Şəxsi həyatı Marqarita Stokovski 1986-cı ildə Polşada anadan olub. Valideynləri ona Mixail Bulqakovun "Master və Marqarita" romanındakı qadın baş qəhrəmanın adını veriblər. Onun Almaniya şəxsiyyət vəsiqəsində doğum yeri kimi Zabrze deyil, şəhərin 1915–1946-cı illərdəki adı olan Hindenburq qeyd olunub.
1988-ci ildə ailəsi Qropiusştatda yaşayan nənə və babasının yanına köçmək üçün Qərbi Berlinə yollanıb. O, Noyköln rayonunda böyüyüb. Stokovski əvvəlcə katolik özəl məktəbində təhsil alıb, daha sonra isə Humboldt Universitetində fəlsəfə və sosial elmlər üzrə oxuyub.
Stokovski depressiyadan da əziyyət çəkib. 2022-ci ilin əvvəlində COVID-19-a yoluxduqdan sonra ona "uzunmüddətli COVID" diaqnozu qoyulub.
Stokovski musiqiçi Yens Fribe ilə münasibətdədir. Əvvəllər Brandenburqda yaşayan müəllif, hazırda Berlində yaşayır.
Qəbul Marqarita Stokovski 2018-ci ildə, Münhendəki "Lehmkuhl" kitab evində keçirilməsi planlaşdırılan və bütün biletləri satılmış qiraət gecəsini ləğv edib. Buna səbəb mağazada eyni zamanda "Verlag Antaios" nəşriyyatına aid sağçı mənbə mətnlərinin satılması olub. 2019-cu ildə yazdığı bir məqaləsində Stokovski, Almaniyanın qulançar kultunu tənqid edərək, onu mətbəxin "yaşlı ağ dərili kişisi" adlandırıb. Azad Demokrat Partiyasının sədri Kristian Lindner partiya konfransında həmin məqalədən sitat gətirərək, Almaniyadakı qulançar istehsalının təzyiqlərə məruz qaldığını iddia etmişdi.
Süddeutsche Zeitung Magazin Stokovskini "Alman feminizminin ən gur səsi" kimi xarakterizə edib və üz qabığı hekayəsini ona həsr edib. O, Spiegel Online nəşrindəki köşə yazarlığı fəaliyyətinə görə 2019-cu ildə Kurt Tuxolski mükafatına layiq görülüb. Müəllif, həmçinin "sözdə bərabərhüquqlu cəmiyyətimizdə qadın və kişilər arasındakı münasibətlərdə hələ də mövcud olan ziddiyyətlərin" təhlilinə görə 2019-cu ildə Luiza Büxner publisistika mükafatına layiq görülüb.
Mükafatları Publisistika üzrə Luiza Büxner mükafatı (2019) Kurt Tuxolski mükafatı (2019)
Əsərləri
jeder tag …. In: Christiane Frohmann (Ed.): Tausend Tode schreiben. Berlin 2015, . Sie hat ‚ficken‘ gesagt. In: Volker Surmann, Heiko Werning (Ed.): Ist das jetzt Satire oder was? Beiträge zur humoristischen Lage der Nation. Satyr, Berlin 2015, . frau k. In: Christoph Buchwald, Ulrike Almut Sandig (Ed.): Jahrbuch der Lyrik 2017. Schöffling, Frankfurt am Main 20, . Forward to: Charles Fourier: Die Freiheit in der Liebe. Ein Essay. Edition Nautilus, Hamburg 2017, . Stadt, Land, Fluss beim Sex – Mein Leben als feministische Kolumnistin. In: Peter Felixberger, Armin Nassehi (Ed.): Kursbuch 192. Frauen II. Kursbuch Kulturstiftung, Hamburg 2017, . Afterword, in: Olympe de Gouges: Die Rechte der Frau und andere Texte. Reclam-Verlag, Ditzingen 2018, . Zurück. In: Lina Muzur (Ed.): Sagte sie. 17 Erzählungen über Sex und Macht. Hanser Berlin, Berlin 2018, . Sprache. In: Fatma Aydemir, Hengameh Yaghoobifarah (Ed.): Eure Heimat ist unser Albtraum. Ullstein fünf, Berlin 2019, ISBN 978-3-96101-036-3 Forward to: Virginia Woolf: Ein eigenes Zimmer. Fischer Taschenbuch, Berlin 2019, .
İstinadlar