Katarzina Bratkovska (; ) — polyak ədəbi tənqidçi, feminist və sosialist fəal.

Həyatı Təhsili Varşava Universitetinin, Polyak filologiyası fakültəsinin məzunu olan Bratkovska, doktorantura təhsilini Polşa Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Elmlər Məktəbində tamamlayıb. Burada Mariya Yanionun rəhbərliyi altında doktorluq dissertasiyasını yazıb.

O, 2008-2009-cu illərdə Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutunda gender tədqiqatları üzrə magistratura pilləsində mühazirələr verib. Bratkovskanın məqalələri Res Publica Nowa, Biuletyn OSKa, Czas Kultury, Gazeta Wyborcza kimi nəşrlərdə, eləcə də qadın və gender mövzularına həsr olunmuş bir neçə elmi topluda dərc edilib. 2008-2009-cu illərdə o, həmçinin Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutunda mühazirələr verib.

Aktivist fəaliyyəti Bratkovska (Kazimera Şçuka və Aqneşka Qraff ilə birlikdə) Beynəlxalq Qadınlar Günündə Polşanın müxtəlif şəhərlərində keçirilən illik "Manifa" nümayişini təşkil edən "8 Mart Qadın Koalisiyası"nın həmtəsisçisidir. O, həmçinin 2001–2006-cı illərdə "Duldung" adlı feminist hip-hop qrupunun yaradıcılarından biri olub.

Bratkovska, Polşada qadınların qanuni abort hüququnun bərpası uğrunda mübarizədə fəal iştirak edib. Bratkovska, hamilə olduğunu və Milad ərəfəsində abort etdirmək niyyətində olduğunu bəyan edərək böyük səs-küyə səbəb olmuşdu. O, həmçinin 2006-cı ildə Polşanın pro-çoys (seçim tərəfdarı) assosiasiyası olan "Same o Sobie S.O.S."-un həmtəsisçisi və prezidenti, eləcə də qadınların abort etdiklərini etiraf etdikləri "Abortion coming out" kampaniyasının təşəbbüskarı olub. Bratkovska "MaMa Fondu"nun müşahidə şurasının üzvü kimi də fəaliyyət göstərib.

Kazimera Şçuka ilə birlikdə o, yeniyetmə və qadınların malik olduqları hüquqları barədə məlumatlandırmaq və arzuolunmaz hamiləlik zamanı nələr edə biləcəklərini izah etmək məqsədi daşıyan "Duża książka o aborcji" (Abort haqqında böyük kitab) kitabını nəşr etdirib. Kitabın təqdimatından cəmi bir neçə ay sonra, kitabın yeniyetmələr üçün nəzərdə tutulmuş rəflərdən yığışdırılması üçün əks kampaniya başladılıb. Kitab mağazaları ictimai təzyiqə boyun əyərək, kitabın satışını yalnız böyüklər üçün nəzərdə tutulmuş bölmələrlə məhdudlaşdırıblar.

O, Polşa Əmək Partiyasının idarə heyətinin üzvü, həmçinin Repressiya olunmuş İşçilərə Yardım və Müdafiə Komitəsinin üzvüdür. Bratkovska, kommunizmi "ən insanpərvər sistem" kimi təsvir edir.

Seçilmiş əsərləri

İstinadlar