Beşlərin məktubu () — 4 iyul 1932-ci il tarixində qazax ziyalıları tərəfindən Qazaxıstan Diyar Komitəsinin birinci katibi Filipp Qoloşşekinə ünvanlanmış məktub. Sənəd ilkin olaraq İosif Stalinə göndərilmək üçün nəzərdə tutulmuşdur. Məktubun müəllifləri yazıçı Qabit Musrepov (1902–1985), Qazaxıstan Dövlət Nəşriyyatının müdiri Mansur Qataulin (1903–1938), Qazaxıstan SSR Dövlət Plan Komitəsinin energetika sektorunun müdiri Qədir Kuanışev (1906–1937), Almatı Kommunist Ali Təhsil Müəssisəsinin prorektoru Emberqen Altınbekov (1904–1954) və onun müavini Mutaş Davletqaliyev (1904–1982) olmuşdur. Müəlliflər bu müraciətdə Qoloşşekini kollektivləşmə nəticəsində yaranan aclıq və heyvandarlığın tənəzzülü barədə xəbərdar etmişdilər.
Mədəniyyətdə 1989-cu ildə Şirxan Murtuza "Beşlərin məktubu" adlı pyes yazmışdır. Həmin əsər M. O. Auezov adına Qazax Akademik Dram Teatrında səhnələşdirilmişdir.
İstinadlar
Kateqoriya:Kollektivləşdirmə Kateqoriya:Qazaxıstan Sovet Sosialist Respublikası Kateqoriya:Qazaxıstanda aclıq Kateqoriya:Soyqırımlar