thumb|260px|Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyi 2020-ci ildə dünyanın ən çox ziyarət olunan incəsənət muzeyi olmuşdur.
thumb|260px|Vaşinqton şəhərində yerləşən Milli Sənət Qalereyası.
İncəsənət muzeyi və ya bədii qalereya — başda təsviri sənət növü olmaqla, hər cür incəsənət sərgilərinin keçirildiyi bina və ya məkana verilən ad.
İncəsənət muzeyləri dövlət müəssisələri ola bildiyi kimi, xüsusi təşkilatlar və ya xeyriyyə fondları tərəfindən də idarə oluna bilər. Lakin bir məkanın muzey statusu daşıya bilməsi üçün əsas şərt onun daimi (sabit) sənət kolleksiyasına sahib olmasıdır. Bu məkanlarda ən çox nümayiş etdirilən sənət nümunələrinin başında rəsm əsərləri gəlir. Bundan əlavə, heykəltəraşlıq, dekorativ-tətbiqi incəsənət, mebel, toxuculuq, kostyum, qrafika (cizgi), pastel, sulu boya rəsmləri, kollaj, çap nəşrləri, sənət kitabları, fotoqrafiya və instalyasiya kimi müxtəlif sənət sahələrinə aid əsərlər də incəsənət muzeylərində və bədii qalereyalarda sıx-sıx sərgilənir. Bu məkanlardan bəzən performans, konsertlər və digər mədəni tədbirlər üçün də platforma kimi istifadə olunur.
Terminologiya
thumb|260px|Metropoliten muzeyi adını Manhettenin Yuxarı İst-Sayd hissəsindəki mərkəzi yerdən götürür.
İncəsənət nümunələrinin sərgilənməsi ilə məşğul olan ixtisaslaşmış təşkilatlar həm "incəsənət muzeyi", həm də "bədii qalereya" adlandırıla bilər və bu iki termin çox vaxt bir-birinin əvəzinə işlədilir. Bu dil müxtəlifliyi dünyadakı məşhur mədəniyyət müəssisələrinin adlarında da özünü göstərir; məsələn, bəzi təşkilatlar lar qalereya adlandığı halda (London Milli Qalereyası və Yeni Milli Qalereya), bəziləri isə muzey adını daşıyır (Metropoliten muzeyi, Müasir İncəsənət Muzeyi və Yaponiyadakı Milli Qərb İncəsənəti Muzeyi).
Bununla belə, "bədii qalereya" ifadəsi eyni zamanda sənət əsərlərinin satışı ilə məşğul olan sırf kommersiya yönümlü biznes müəssisələri (salonlar) üçün də istifadə edilir, lakin bu növ kommersiya məkanları ensiklopedik mənada incəsənət muzeyi hesab olunmurlar.
İstinadlar
Həmçinin bax
Muzey Luvr muzeyi Milli Sənət Qalereyası Təsviri sənət İncəsənət qalereyası
Əlavə ədəbiyyat siyahısı
Kateqoriya:Muzey növləri Kateqoriya:İncəsənət muzeyləri Kateqoriya:Bədii muzey və qalereyalar Kateqoriya:Növlərinə görə bədii muzey və qalereyalar