Kliçav (; ; ) — şərqi-mərkəzi Belarusda, Mogilyov vilayətində şəhər. O, vilayətin cənub-qərbində yerləşir və Kliçav rayonunun inzibati mərkəzidir.

2009-cu ildə əhalisi 7 521 nəfər idi. 2025-ci ilin məlumatına görə əhalisinin sayı 7 249 nəfərdir.

Tarixi thumb|left|1920-ci illərdə Kliçav Kliçav 1592-ci ildən məlumdur. O zamanlar Vitebsk voyevodalığına aid olan Kliçavo adlı bir kənd idi.

1772-ci ilin sentyabrında, Polşanın birinci bölüşdürülməsi nəticəsində qəsəbə Rusiya imperiyasına verildi və Minsk quberniyasının bir hissəsi oldu.

17 iyul 1924-cü ildə quberniya da ləğv edildi və Kliçav Belarus Sovet Sosialist Respublikasının Bobruysk dairəsinə aid olan Kliçav rayonunun inzibati mərkəzi oldu. 15 yanvar 1938-ci ildə rayon Mogilyov vilayətinə verildi.

1938-ci ildə Kliçava şəhər tipli qəsəbə statusu verildi.

İkinci Dünya müharibəsi zamanı qəsəbə alman qoşunları tərəfindən işğal edildi. 14 oktyabr 1941-ci ildə almanlar Kliçavin bütün yəhudilərini Poplavı yaxınlığındakı meşənin kənarına apardılar. Orada onları güllələdilər. Lakin sonradan Kliçav rayonu sovet partizan hərəkatının mərkəzlərindən birinə çevrildi.

1942-ci ilin martında qəsəbə partizanların tam nəzarətinə keçdi və daha sonra onlar hətta Kliçav hava limanını uçuşlar üçün açdılar. 1944-cü ildə alman qoşunları Kliçavdən qərbə doğru çəkildi və 20 sentyabr 1944-cü ildə qəsəbə yeni yaradılmış, lakin 1954-cü ildə ləğv edilmiş Bobruysk vilayətinin tərkibinə daxil edildi. Daha sonra Kliçav yenidən Mogilyov vilayətinə qaytarıldı. 2000-ci ildə ona şəhər statusu verildi.

İqtisadiyyatı

Sənayesi Kliçavdə qida və ağac emalı sənayesi müəssisələri fəaliyyət göstərir.

Nəqliyyat Kliçav avtomobil yolları ilə Mogilyov, Bobruysk və Berezino ilə birləşir. Ən yaxın dəmiryol stansiyası Kliçavdən bir neçə kilometr şimal-qərbdə, Mogilyov və Osipoviçini birləşdirən dəmir yolu üzərində yerləşən Nesetadır.

Mədəniyyət və istirahət Kliçavdə yəhudi qəbiristanlığı var. Müjdə (Blaqoveşensk) kilsəsi 1990-cı illərdə inşa edilmişdir.

İstinadlar

Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Mogilyov vilayətinin yaşayış məntəqələri Kateqoriya:Belarus şəhərləri