Fövqiyyə bint Fuad (; ) — Misir və Sudan kralı I Fuadın qızı.
1897-ci ildə Qahirədəki Zəfəran sarayında dünyaya gəldi. Atası ilk Misir xidivi Kavalalı İsmayıl Paşanın oğlu Əhməd Fuad Paşa, anası isə onun ilk xanımı Şivəkar İbrahimdir. Üstəlik anası da Kavalalı ailəsinə mənsub olub, Kavalalı Əhməd Rüfət Paşanın nəvəsi idi. Dünyaya gəldiyi əsnada əmisi oğlu II Abbas Hilmi Paşa hakimiyyətdə, atası Əhməd Fuad Paşa isə taxt sıralamasında ikinci yerdə idi.
Dünyaya gəlişindən 3 ay öncə özündən 1 yaş böyük qardaşı İsmayıl Fuad körpə ikən vəfat etmişdi və valideynləri arasında anlaşmazlıqlar vardı. Əhməd Fuad Paşa xanımına aşiq olsa da, Şivəkar xanım onu boşanmağa razı saldı və cütlük 1898-ci ilin mayında rəsmi olaraq boşandı. Boşanmanın ardından atasının himayəsinə verildi və anası ard-arda evliliklər edərək saray həyatından uzaqlaşdı.
1917-ci ildə atası Misir sultanı kimi taxta çıxdı və Fövqiyyə sultan həzrətləri () ünvanı aldı. Atasının 1922-ci ildə kral ünvanı almasıyla isə, Fövqiyyə də krallıq şahzadəsi həzrətləri () ünvanına yüksəldi və kralın böyük övladı kimi sarayda nüfuz qazandı. 13 may 1919-cu ildə diplomat Mahmud Fəxri Paşa ilə evləndirildi. Seçilən bəy namizədi daha öncə əmisi Hüseyn Kamil Paşanın qızı Bədiha xanımla evlənmişdi və onun ölümündən sonra dul qalmışdı. Nigahlanmasının ardından ərinin dövlət idarəsində yüksəlməsinə nail oldu. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi.
Əhməd Fəxri bəy (17 mart 1921 - 6 iyun 1998), Parisdə kimya mühəndisliyi üzrə təhsil aldı.
Cütlük ilk illər Misirdə yaşasa da, Mahmud Fəxri Paşanın 1924-cü ildə Fransa səfiri seçilməsinin ardından Parisə köçdülər. Buna baxmayaraq Misirdəki nüfuzu heç azalmadı. Öz adını daşıyan 2 orta məktəb və 1 göz xəstəlikləri hospitalı açıldı. 1936-cı ildə atasının vəfat etməsinin ardından qardaşı I Faruq taxta çıxdı. Ancaq Parisdə cütlüyün bütün həyatı dəyişdi. Burada keçmiş rus ordusu zabiti qraf Vladimirlə tanış oldu və ərindən boşanaraq 1938-ci ildə qrafla evləndi. Nigah səbəbilə qraf İslamı qəbul etdi və Faruq ibn Abdullah adını aldı.
İkinci Dünya müharibəsi illərində Qahirənin nisbətən müharibədən uzaq mühitində yaşasa da, müharibənin ardından ABŞ və fərqli Avropa şəhərlərində yaşadı. 1952 Misir inqilabının ardından ailəsiylə birlikdə sürgün edildim və İsveçrədə məskunlaşdı. Ən son 1965-ci ildə Romada qardaşı sabiq kral I Faruqun cənazə mərasiminə qatıldı və bundan sonra gözlərdən kənar həyat yaşadı. 1974-cü ildə Sürixdə yaşadığı oteldə, ərindən bir sonra vəfat etdi. Cənazəsi Qahirəyə gətirildi və 27 fevralda əl-Rifai məscidində ailə məzarlığına dəfn edildi.
Mənbə
Ədəbiyyat
ياسر, ثابت، (2009). جرائم العاطفة في مصر النازفة [Crimes of Passion in Bleeding Egypt] (in Arabic). الدار العربية للعلوم ناشرون. p. 43. ISBN 978-9953-87-761-7 حسين, مروة علي; الشروق, دار (2015). نساء الأسرة العلوية ودورهن في المجتمع المصري [Women of the Alawite family and their role in Egyptian society] (in Arabic). دار الشروق. ISBN 978-977-09-3351-0 Loftis, Larry (March 2022). The Princess Spy: The True Story of World War II Spy Aline Griffith, Countess of Romanones. Simon and Schuster. p. 172. ISBN 978-1-9821-4387-9 طارق, حبيب، (2010). ملك وثلاثة رؤساء: شهادات واعترافات أكثر من ٧٠ شخصية ارتبطت بحكام مصر [A King and Three Presidents: Testimonies and Confessions of More Than 70 Personalities Associated with Egypt’s Rulers] (in Arabic). دار الشروق. p. 13. ISBN 978-977-09-2676-5 صالحين, إسلام (2024-01-01). علب المخمل [Velvet Boxes] (in Arabic). عصير الكتب للترجمة والنشر والتوزيع. p. 76. ISBN 978-977-992-376-5 Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri