Avstriyalı Qreqoriya Maksimilyana (; ) — Avstriya hersoqu II Karlın qızı.

1581-ci ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Qreqoriya Maksimilyana olmaqla, digər bacı-qardaşları 1 yaşından etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi.

1596-cı ildə İspaniya kralı II Filippin oğlu infant Filipplə nişanlandı. Ertəsi il infant nişanlısını görmək üçün Qratsa səyahət etdi. Ancaq bu səyahət əsnasında Qreqoriya Maksimilyana ağır xəstələndi və vəfat etdi. İttifaqın davam etməsi məqsədilə, II Karlın digər qızı Marqarita infantla nişanlandı və gələcəkdə İspaniya kraliçası oldu.

Mənbə

Ədəbiyyat

German Society for Racial Hygiene, Archiv für Rassen- und Gesellschafts-Biologie, einschliesslich Rassen- und Gesellschafts-Hygiene, vol. VIII, p. 779 Alexander Randa, Pro Republica Christiana, vol. III, Rumänische Akademische Gesellschaft, 1964, p. 166 Goetz, Walter (1953). "Albrecht V.". Neue Deutsche Biographie. Vol. 1. Berlin: Duncker & Humblot. pp. 158–160

İstinadlar