Adnan Həsən Mənsur (; ) — livanlı diplomat, siyasətçi və keçmiş xarici işlər və mühacirlər naziri.
Gənclik illəri və təhsili Mənsur 5 yanvar 1946-cı ildə Burc əl-Baracnedə şiə ailəsində anadan olub. O, Beyrutdakı Müqəddəs İosif Universitetində inzibati elmlər və siyasət üzrə bakalavr dərəcəsi almışdır. O, siyasi nəzəriyyə üzrə magistr və siyasi elmlər üzrə doktorluq dərəcəsinə malikdir.
Karyerası Xarici İşlər Nazirliyində karyerasına 1974-cü ildə başlayıb. O, Avstraliya, Sudan və Misir də daxil olmaqla müxtəlif ölkələrdə Livanın konsulu vəzifəsində çalışıb. 1990-cı ildən 1994-cü ilə qədər Livanın Konqo Demokratik Respublikasındakı səfiri olub. O, həmçinin 1999-cu ildən 2007-ci ilə qədər Livanın İrandakı səfiri vəzifəsində çalışıb. Onun son diplomatik vəzifələri 2007-ci ildən 2010-cu ilə qədər Lüksemburq Böyük Hersoqluğu və 2007-ci ildən 2011-ci ilə qədər Belçika Krallığında Livan səfiri olub.
Daha sonra Mənsur Parlament sədri Nəbih Berrinin köməkçisi vəzifəsində çalışdı və Əməl hərəkatına qoşuldu. Mənsur 13 iyun 2011-ci ildə xarici işlər və mühacirlər naziri təyin edildi və bu vəzifədə Əli əl-Şamini əvəz etdi. Mənsur Nəcib Miqatinin kabinetində 8 Mart koalisiyasının üzvü idi.
Mənsur 2012-ci ilin yanvar ayında Liviyaya səfər etmişdi ki, bu da otuz ildən sonra Livan diplomatlarının ölkəyə ilk səfəri idi. 2012-ci ilin sentyabr ayında o, Livanlı hakimlə birlikdə Müəmmər Qəddafinin dövründə xidmət etmiş keçmiş Liviya kəşfiyyat rəisi Abdulla Senussini itkin düşmüş Musa Sədrin taleyi ilə bağlı dindirmək imkanını axtarmaq üçün Mavritaniyaya yollandı.
Cebran Basil 2014-cü ilin fevral ayında xarici işlər naziri vəzifəsində Mənsuru əvəz etdi.
Siyasi baxışları və ittifaqları Mənsur Suriya tərəfdarı mövqeyini saxlayır və Nəbih Berriyə yaxın əlaqədədir. Livanlı jurnalist və millət vəkili Nayla Tueni onu Livandakı Suriyanın xarici işlər naziri adlandırmışdır. 2012-ci ilin sentyabr ayında Hizbullah lideri Həsən Nəsrullahın "Müsəlmanların məsumiyyəti" filmi haqqında mənfi fikirlərindən sonra Mənsur ərəb xarici işlər nazirlərinin filmi pisləmək üçün görüşməli olduqlarını təklif etmişdi. Mənsurun sözləri Livan siyasətçiləri və əmək naziri Səlim Creyssati də daxil olmaqla kabinet üzvləri tərəfindən tənqid olunmuşdur. 6 mart 2013-cü ildə Qahirədə keçirilən Ərəb Xarici İşlər Nazirləri Şurasının zirvə toplantısında Mənsur Suriyanın Ərəb Liqasına yenidən qoşulmalı olduğunu bildirdi. Onun sözləri yenə də həm Livan hökuməti, həm də Fars körfəzinin ərəb dövlətlərinin tənqidinə səbəb oldu.
Şəxsi həyatı Mənsur Layla Faxuri ilə evlidir. Onların üç övladı var.
İstinadlar
Kateqoriya:XX əsr Livan diplomatları Kateqoriya:XXI əsr Livan diplomatları Kateqoriya:Əməl hərəkatı siyasətçiləri Kateqoriya:Livanın Belçikadakı səfirləri Kateqoriya:Livanın İrandakı səfirləri Kateqoriya:Livanın Konqo Demokratik Respublikasındakı səfirləri Kateqoriya:Livanın xarici işlər nazirləri Kateqoriya:Livanlı şiə müsəlmanları