V Leopold (; ) — Avstriya hersoqu II Karlın oğlu, katolik rahib.

1586-cı ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Leopold olmaqla, digər bacı-qardaşları 1 yaşından etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi.

Uşaqlığından bəri dini karyera qurmaq niyyətində idi. Bu səbəblə, uşaq yaşda ikən 1598-ci ildə yepiskop olaraq təyin edildi. 1607-ci ildə Strasburq yepiskopu seçildi və 1626-cı ilədək bu vəzifəsini davam etdirdi. Dini karyerasıyla yanaşı, hərbi sahədə də təcrübəli idi. 1626-cı ildə bütün dini vəzifələrindən imtina edərək Avstriya hersoqu seçildi. Elə həmin il, Böyük Toskana hersoqu I Ferdinand Mediçinin dul qızı Klaudiya Mediçi evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Mariya Elyanora (1627-1629) Ferdinand Karl (1628-1662) İzabella Klara (1629-1685) Sigizmund Fransisk (1630-1665) Mariya Leopoldino (1632-1649)

Mənbə

Ədəbiyyat

Friedrich Emanuel von Hurter, Geschichte kaiser Ferdinands II und seiner eltern bis zu dessen krönung in Frankfurt, Hurter Bookstore, 1850, p. 230 Academy of Sciences in Vienna. Historical Commission: Archiv für österreichische Geschichte, vol. XV, 1856, p. 116

İstinadlar