Meri Elizabet Uinsted ( ) — ABŞ aktrisası. O, "Passions" serialında ifa etdiyi Jessica Bennett rolu ilə tanınmağa başlayıb. 2004-cü ildə o, "Tru Calling" serialında, 2005-ci ildə isə superqəhrəman filmi "Sky High"da çəkilib. Onun şöhrəti qorxu serialı "Wolf Lake" ilə daha da artıb, aktrisa "Monster Island", "Təyinat nöqtəsi 3", "Black Christmas" və "Death Proof" kimi bir sıra filmdə rol alıb.
Həyatı Meri Elizabet Uinsted 28 noyabr 1984-cü ildə Şimali Karolina ştatının Roki-Maunt şəhərində dünyaya gəlib. Anası Betti Lou, atası isə Ceyms Ronald Uinsteddir. O, beş uşaqdan ən kiçiyidir. Babası aktrisa Ava Qardnerin xalası oğludur. Meri beş yaşında ikən ailəsi ilə birlikdə Yuta ştatının Sendi şəhərinə köçüb. Meri Çikaqo şəhərində rəqs dərsləri alıb, həmçinin uşaq xorunda ifa edib. Gənc yaşlarında o, ballerina olmaq arzusunda olub və bir neçə tamaşada çıxış edib. Sonralar çəkisinə görə bundan imtina etməli olub. Rəqs karyerasına son qoyan Meri, aktrisa olmağa qərar verib.
Filmoqrafiya Təyinat nöqtəsi 3 (2006) Skott Pilqrem dünyaya qarşı (2010) The Spectacular Now (2013) Sahildəki adam (2016) Kloverfild, 10 (2016) Əkizlər (2019) Birds of Prey (2020)
İstinadlar
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər