thumb|300px|Yaşıl rənglə Rumıniyadakı macar azlığı qeyd olunmuşdur
thumb|300px|Sekel diyarının inzibati-ərazi strukturu
Sekel diyarı (, ) — müasir Rumıniya Respublikasının ərazisində macar milli azlığını təşkil edən subetnik qrup — sekellərin tanınmamış milli-ərazi muxtariyyətidir. Muxtariyyət 5 sentyabr 2009-cu ildə Şimali Transilvaniya prefekturalarının (vilayətlərinin) yerli hakimiyyət orqanları və əhalinin nümayəndələri tərəfindən elan edilmişdir.
Transilvaniya sekeyləri
thumb|400px|left|Sekey diyarının tarixi bayrağı
Orta əsrlərdən bəri sekeylər macar ordusunda mühüm rol oynayan cəsur döyüşçülər kimi tanınırlar. Sekellərin etnogenezi, eləcə də macarların özlərinin mənşəyi hələ kifayət qədər öyrənilməmişdir. Kral III Andreyin dövründə sekey məskənlərinin təşkili baş verir və 1228-ci ildə onların başına öz qrafları təyin edilir. İlk qraf Boqomer Ludani olmuşdur. Sonrakı dövrlərdə bu vəzifəni əsasən Losonçi, Lakfi, Drençen, Perenyi, Berek, Roşoni və Batori nəsillərinin nümayəndələri tutmuşlar. Sonuncu qraf isə Yanoş Zapolya olmuşdur. 1526-cı ildə sekel qrafı titulu ləğv edilmişdir.
Macar dilinin daşıyıcıları olaraq, hazırda onlar özlərini macarlara aid edirlər. Sözdə "Üç Millət İttifaqı"nın tərkibində onlar Transilvaniyanın əsas rəhbərləri kimi çıxış edirdilər. Burada katolik olan sekellər, XVIII–XX əsrlərdə madyarlaşdırmaya (macarlaşdırmaya) qarşı müqavimət yolunu seçmiş pravoslav rumın əksəriyyətini tamamilə öz hakimiyyətlərinə tabe etmişdilər.
1920-ci il Trianon müqaviləsindən sonra Transilvaniya Macarıstan krallığından Rumıniya krallığının tərkibinə keçmişdir. İkinci Dünya müharibəsi zamanı, Üçüncü Reyx və İtaliya krallığının iştirakı ilə reallaşan İkinci Vyana arbitrajı (30 avqust 1940) Transilvaniyanın şimal hissəsini Macarıstan Krallığına qaytarmış, lakin müharibədən sonra bu qərarlar hüquqi cəhətdən etibarsız sayılmış və Rumıniyanın müharibədən əvvəlki sərhədləri bərpa edilmişdir.
1952–1968-ci illərdə sosialist Rumıniyasının tərkibində Macar Muxtar Vilayəti mövcud olmuşdur (1960-cı ildən bir qədər fərqli sərhədlərlə Maroş-Macar Muxtar Vilayəti adlandırılıb). Milli azlıqlara qarşı repressiv siyasət yürüdən Nikolae Çauşeskunun dövründə, muxtar vilayət inzibati islahat gedişatında ləğv edilmişdir.
Müasir əhalisi
Müasir Rumıniyada təxminən 670 min sekey yaşayır. Rumıniyadakı bütün macarların təxminən yarısı özünü sekey hesab edir. Rumıniya ərazisində sekeylər ölkənin üç inzibati qraflığında (judetsində) kompakt şəkildə məskunlaşıblar: Xarqita, Kovasna və Mureş. Eyni zamanda, əhəmiyyətli sayda sekey Serbiya Respublikasının Voyevodina muxtar vilayətinin ərazisində də yaşayır.
Müasir sekeylərin əksəriyyəti ən azı iki dillidir və macar dili ilə yanaşı rumın dilini də sərbəst bilirlər.
Muxtariyyətin elan edilməsi
1990-cı illərdən bəri sekeylər arasında hüquqi cəhətdən unitar dövlət olan Rumıniyanın tərkibində muxtar Sekey diyarı naminə hərəkat fəal şəkildə genişlənmişdir.
5 sentyabr 2009-cu ildə Odorheyu-Sekuyesk şəhərində yerli hakimiyyət orqanları nümayəndələrinin konqresi keçirilmiş və Şərqi Transilvaniyanın Xargita, Kovasna və Mureş qraflıqlarının (judetslərinin) böyük hissəsini əhatə edən Sekey diyarının muxtariyyəti elan edilmişdir. Konqresdə yeni yaradılmış Sekey muxtariyyətinin himni, bayrağı, gerbi və inzibati xəritəsi təsdiq olunmuşdur.
Sonra qəbul edilən addımlar
12 mart 2010-cu ildə Sfıntu-Qeorqe şəhərində Sekey muxtariyyətinin merlərinin və müşavirlərinin ikinci konqresi keçirilmişdir. Konqresin əsas qərarı macar dilinə regional səviyyədə rəsmi statusun verilməsi olmuşdur.
Rumıniyanın mərkəzi hakimiyyət orqanları hər iki konqresin qərarlarının qanuniliyini tanımamışdır.
20 may 2011-ci ildə Rumıniya Macarlarının Demokratik İttifaqı (RMDİ) Tırqu-Mureş şəhərində Mureş, Xarqita və Kovasna qraflıqlarının (judetslərinin) administrasiyalarındakı RMDİ nümayəndələrindən ibarət Sekey muxtariyyətinin inzibati şurasını yaratmışdır.
Macarıstanda 1 yanvar 2011-ci ildən etibarən Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar olaraq, Macarıstan vətəndaşlarının nəsilləri üçün sadələşdirilmiş qaydada Macarıstan vətəndaşlığının verilməsini nəzərdə tutan yeni qanunvericilik qüvvəyə minmişdir.
10 yanvar 2018-ci ildə Rumıniyanın Tırqu-Mureş şəhərində 3 mindən çox etnik macar Sekey diyarı üçün muxtariyyət tələbi ilə keçirilən mitinqdə iştirak etmişdir.
2020-ci ilin əvvəlində Rumıniya Macarlarının Demokratik İttifaqı (RMDİ) Sekey diyarının faktiki muxtariyyətini təsdiqləyəcək qanun layihəsini irəli sürmüşdür, lakin Rumıniya Senatının 29 aprel 2020-ci il tarixli iclasında 2 saatlıq müzakirələrdən sonra iştirak edən 135 senatordan 126-sı sənədin qəbulunun əleyhinə səs vermişdir. Lehinə isə cəmi 9 səs verilmişdir ki, onların da hamısı Macarların Demokratik İttifaqının üzvlərinə məxsus olmuşdur.
İstinadlar
Xarici keçidlər
Székely Anthem Szeklerland Portal Szekler National Council The Population of Covasna and Harghita Counties. Aspects of Interethnic Co-Existence Kézdi.Infó Digital Community Service Panoramas from Székely Land
Kateqoriya:Transilvaniya coğrafiyası