thumb|"Şimal ulduzu" mozaikasındakı həşərat detalları. Con Hempson (; ) – əsərləri Vermontda yerləşən Ferbanks Muzeyində sərgilənən ingilisəsilli ABŞ sənətçisi. Minlərlə güvə, kəpənək və sərtqanadlıdan hazırladığı qeyri-adi mozaika təsvirlərinə görə tanınır.
Həyatı Con Hempson 9 iyul 1836-cı ildə İngiltərənin Stokport rayonunda yerləşən Offerton bölgəsində doğulmuşdur.Harry Fancy, John Hmapson of Stockport, Hillandale News 62, August 1971 Maşinist təhsili almış və 1858-ci ildə ABŞ-yə gəlmişdir. Onun buxarla işləyən mühərriklərə böyük marağı olmuşdur. 1865-ci ildə özünün dizayn etdiyi, üç təkərli, buxarla işləyən, Amerikadakı ilk "atsız vaqonlardan" birini idarə etmişdir. ABŞ Vətəndaş müharibəsi zamanı hökumətin donanma tərsanələrində işləmiş, daha sonra ölkənin 13 müxtəlif ştatında olmuşdur. 1877-ci ildə həyat yoldaşı Emma ilə birlikdə Nyu-Cersinin Nyuark şəhərində məskunlaşmışdır.
Onun oğlu Con C. Hempson 1907–1915-ci illərdə Tomas Edison üçün maşinist kimi işləmişdir. Deyilənə görə Edison 1876-cı ildə Menlo-Parka köçəndə laboratoriyasında təcrübə təchizatının qurulması üçün Hempson ilə müqavilə bağlamışdır. Bu fakt mübahisəli olsa da, Edison öz iqamətgahında elektrik işıqlandırması quraşdıranda "Menlo-Parkdakı maşın mağazasından götürdüyü kiçik Hempson mühərriki ilə güc verdiyini" yazmışdır.
Həşərat mozaikaları Hempsonun həşəratlara böyük marağı olmuşdur. O, minlərlə güvə, kəpənək və sərtqanadlıdan istifadə edərək ən az 9 mozaika yaratmışdır. Hər mozaikanı hazırlamaq üçün bir neçə ilini sərf etmiş, 6300–13500 həşəratdan istifadə etmiş, eləcə də, hər birinə öz hazırladığı çərçivə ilə bəzəmişdir. Mozaikalarına Avraam Linkoln və Corc Vaşinqtonun portretləri, öz 50 illik yubileyinə həsr etdiyi iş daxildir. 1887-ci ildə tamamladığı "Şimal ulduzu" adlı və 1892-ci ildə tamamladığı "Yüzillik təkər" adlı mozaikaları sərgilərdə mükafatlar qazanmışdır.
Hempson 21 yanvar 1923-cü ildə öldükdən sonra qızı əsərlərinin sərgilənməsi üçün bir muzey axtarmağa başlamışdır. Vermontda yerləşən Ferbanks Muzeyi əsərlərini qəbul etmişdir. Muzeydə onun 7 əsəri sərgilənir. Üç mozaikası – "General Slokam" (Henri Slokamı təsvir edir), Corc Vaşinqtonun portreti və kaleidoskopik dizaynı zədəli vəziyyətdədir.
Əsərlərini təsvir edən "Roadside America" saytı "Hempsonun 100 il erkən doğulmasını bəxtsizlik" adlandırmış, hazırda yaşasaydı, "həşərat dağında kapella tikdiyi üçün məşhur olacağını" irəli sürmüşdür. "Atlas Obscura" həşərat mozaikalarını "Ferbanks kolleksiyasının ulduzları" adlandırmış və "heyrətamiz" hesab etmişdir.
Qalereya
İstinadlar
Kateqoriya:ABŞ mühəndisləri Kateqoriya:İncəsənətdə həşəratlar Kateqoriya:ABŞ-nin incəsənət xadimləri