thumb|Ayşe Cəbəsoy Sarıalp və həyat yoldaşı Ruhi Sarıalpın Ədirnəqapı şəhidliyindəki məzarı. Ayşə Cəbəsoy Sarıalp (; ) — türk müəllim, tədqiqatçı, tərcüməçi və yazıçısı.
Həyat və fəaliyyəti Ayşe Cəbəsoy, 15 avqust 1926-cı ildə İstanbulda dünyaya gəlib. Atası, Atatürkün uşaqlıq və silah yoldaşlarından olan Əli Fuad Cəbəsoyun qardaşı polkovnik Mehmed Əli Cəbəsoydur. Ata tərəfdən babası İsmayıl Fazil Paşa, nənəsi Zəkiyə xanımın atası isə Prussiyadan mühacirət etmiş Müşir Mehmed Əli Paşadır. Anası Leyla Məqbulə Cəbəsoy isə dövlət məmuru ailəsində böyüyüb.
Atasının zabitlik vəzifəsi səbəbindən uşaqlığı Ankarada keçib, liseyi 1942-ci ildə TED Ankara Kollecində oxuyub və birinciliklə bitirib. Ankara Qız Liseyində dövlət imtahanını yüksək dərəcə ilə başa vurub. Bakalavr təhsilini İstanbul Universiteti Ədəbiyyat fakültəsinin İngilis filologiyası ixtisası üzrə alıb; "Sör Qaveyn və Yaşıl Cəngavər" mövzusundakı elmi işini müdafiə edib. Universitetdə müəllimlik edən və Filologiya kafedrasının qurucusu olan Xalidə Ədib Adıvarın assistenti, sonra isə doktorantı olub. Doktorluq dissertasiyasını onun rəhbərliyi altında, dilçilik sahəsində 1948-ci ildə tamamlayıb.
Doktoranturada təhsil alarkən, 1946-1948-ci illərdə Bəyoğlu İngilis Qız Liseyində ingilis dili müəllimi işləyib. 1952-1957-ci illərdə Sankt Georg Avstriya Liseyində, 1956-1961-ci illərdə isə İtalyan Qız Orta Məktəbində ingilis dili müəllimi kimi çalışıb. Müəllimlik fəaliyyətindən sonra, Amerika Xəbərlər Mərkəzində çalışmağa başlayan Cebesoy, 18 il ərzində kitabxana müdiri, Fulbrayt proqramının katibi, andlı tərcüməçi və Mədəniyyət İşləri Müdirinin müavini vəzifələrində çalışıb. Xidməti dövründə Corctaun Universiteti və Miçiqan Universitetinin ingilis dili bilik imtahanlarında koordinator kimi çalışıb. 1952-ci ildə təsis edilmiş Türk-Amerika Universitet məzunları Assosiasiyasının sədri vəzifəsini icra edərək Türkiyə ilə ABŞ arasında təqaüd və kurs işlərini idarə edib.
Cəbəsoy, 1948-ci il London Olimpiya Oyunlarında üç addım tullanma növündə bürünc medal qazanaraq Olimpiada tarixində ilk medal qazanan türk idmançı olan Ruhi Sarıalp ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nazlı Defnə Sarıalp adlı bir qız övladı dünyaya gəlib. Cəbəsoy, həyat yoldaşı Ruhi Sarıalp və Kazım Qarabəkirin qızları ilə birlikdə Geyvedə əmisi Əli Fuad Cəbəsoyun yaşadığı malikanənin Qüvayi-milliyə Muzeyinə çevrilməsinə öz töhfəsini verib.
Ayşə Cəbəsoy Sarıalp 16 mart 2017-ci ildə vəfat edib. Onun cənazəsi 17 mart 2017-ci il, cümə günü Təşvikiyə məscidində qılınan cümə namazından sonra Ədirnəqapı şəhidliyində torpağa tapşırılıb.
Əsərləri Düşüncələr və Esselər - Ruhi Sarıalp ve Ayşə Cəbəsoy Sarıalp - Temel Yayınları, 2001, ISBN 9789754100655 Türk qadınları - Aksu Kitabevi, 2004, ISBN 9789759854600 Mustafa Kamal Atatürk - Aksu Kitabevi, 2006, ISBN 9789759854645 Yaxın tariximizə baxarkən - Temel Yayınları, 2006, ISBN 9789754100167 XVI-XX əsrlər - Türk-Amerika münasibətlərinin tarixinə panoramik baxış - Türk-Amerika Universiteti Məzunları Assosiasiyası, 2008, ISBN 9789944302692 Atatürkün universal dəyərlərini özündə əks etdirən "Altı Ox"u gənc nəsillər üçün nə deməkdir? - Universitet Tələbələri Mədəniyyəti və Təhsil Fondu, 2010 A Chain of Historical Glimpse on Asia Minor - Puslu Yayıncılık, 2011, ISBN 9786056198502 Osmanlı imperiyasının sonunda çiçəklənən Türkiyə Respublikasında bir türk qızı - Puslu Yayıncılık, 2013 - ISBN 9786058649033 Tarixin səhifələrində iz buraxan 25 qabaqcıl qadın - Türk-Amerika Universiteti Məzunları Assosiasiyası İncəsənət, Elm və Mədəniyyət Dünyasından Siyasi Mərkəzə (Portretlər) - Türk-Amerika Universiteti Məzunları Assosiasiyası Atatürk - Uluslararası Rotary 2420. Bölge Yayınları Əli Fuad Paşa Kazım Qarabəkir Paşa ilə ortaq taleyindən danışır. Qədim və Müasir dövrün dünya möcüzələri Mitologiya - İncəsənət elmin və ümumi mədəniyyətin təməl daşıdır.
İstinadlar
Kateqoriya:TED Ankara Kollecinin məzunları