Jabinka rayonu (; ) — Belarusun Brest vilayətində rayon. İnzibati mərkəzi Jabinka şəhəridir.

İnzibati cəhətdən rayon yeddi kənd şurasına bölünür. Sahəsinə görə ölkənin ən kiçik rayonudur.

2024-cü ilin məlumatına görə əhalisinin sayı 24 484 nəfərdir.

Tarixi Jabinka rayonu 15 yanvar 1940-cı ildə təşkil olunmuşdur. Lakin 8 avqust 1959-cu ildə ləğv edilmiş, 30 iyul 1966-cı ildə isə yenidən bərpa olunmuşdur.

Coğrafiyası Rayonun şimal hissəsi alçaq düzənlikdir (dəniz səviyyəsindən ucalığı 200 metrə qədər), mərkəzi və cənub hissələri isə Brest Polesyesinə (təxminən 150 metr) aiddir. Torpaqları əsasən qara-podzol, qumlu və qumsaldır.

Rayon ərazisindən Muxavets çayı axır.

Demoqrafiyası 2014-cü ildə Jabinka rayonunun əhalisi 24 469 nəfər təşkil edirdi. Onlardan 88,6%-ni belaruslar, 5,5%-ni ruslar, 4,3%-ni ukraynalılar və 1,0%-ni polyaklar təşkil edirdi. Əhalinin 53,2%-i belarus dilini, 43,6%-i isə rus dilini ana dili olaraq bəyan etmişdir. 2023-cü ilin məlumatına görə rayonun əhalisi 24 454 nəfər təşkil etmişdir.

İstinadlar

Kateqoriya:Jabinka rayonu