Səlçuq Baran (; ) — türk yazıçısı.
1960-cı illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər hekayə, roman, pyes kimi fərqli janrlarda əsərlər yazıb. Əsərlərində fərdin daxili dünyasına daha çox yer verib. Ədəbi fəaliyyəti boyu heç bir ədəbi və ya siyasi birliyə daxil olmayıb. Hekayə və romanları ilə bir çox ədəbiyyat mükafatlarına layiq görülüb. Həyatı Səlcuq Baran 1933-cü ildə Ankarada anadan olub. Atası kənd təsərrüfatı texniki Tələt Vəziroğlu, anası isə Xalidə xanım olub. Uşaqlığı Ankarada keçib. Ədəbi söhbətlərə ev sahibliyi edən, şeirlər deyilən ailə mühitində böyüyüb. On beş yaşında gündəlik yazmaqla başlayan yazmaq həvəsi ömür boyu davam edib. Ankara Qız Liseyini bitirdikdən sonra Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. Hüquq sahəsində magistr təhsili almaq üçün Almaniyaya gedib. Berlində başladığı magistr təhsili zamanı alman dilini təkmilləşdirib və Almaniya hüququ üzrə araşdırmalar aparıb, lakin ədəbiyyata olan istədiyindən ötrü, iki il sonra proqramı tamamlamadan Vətəninə qayıdıb.
Almaniyadan Türkiyəyə qayıdarkən gəmidə tanış olduğu opera müğənnisi Ayxan Baran ilə 3 aprel 1957-ci ildə evlənən Səlcuq xanımın bu evlilikdən Ayda və İşıl adlı iki qız övladı dünyaya gəlib. 1958-1968-ci illərdə Ankara Universitetinin Hüquq fakültəsinin nəzdindəki Bank və Ticarət Hüququ Araşdırma İnstitutunda kurs müdiri kimi çalışıb. İşdən sonra ofisdə qalaraq yazı fəaliyyətini davam etdirən Səlcuq Baran 1968-ci ildən etibarən işindən ayrılaraq yazıçılıq fəaliyyətini davam etdirib.
Yayımlanan ilk hekayəsi 1968-ci ildə "Yedditəpə" jurnalında işıq üzü görən "Uşağın biri" hekayəsi olub. 1972-ci ildə ilk hekayə kitabı olan və 21 hekayədən ibarət "İyun" nəşr olunub. Kitab növbəti il Türk Dil Qurumunun Hekayə mükafatına layiq görülüb. Ədəbi yaradıcılığı boyu hekayələrini "Türk dili", "Oluşum", "Arqos", "Papirüs", "Hisar", "Varlıq", "Yeni Ədəbiyyat", "Yedditəpə" kimi jurnallarda yayımlanıb. İkinci hekayə kitabını 1977-ci ildə nəşr etdirib və doqquz hekayədən ibarət olan "Anaların haqqı" adlı bu kitabla 1978-ci il Sait Faiq Hekayə mükafatına layiq görülüb. "Bir Solğun Adam" (1975) romanı 1974-cü il, "Çöl çiçəkləri" romanı isə 1979-cu il "Milliyyət" Roman Müsabiqəsində fəxri fərman qazanıb.
Ayxan Baranın İstanbul Operasında işləmək istəməsi ilə əlaqədar 1984-cü ildə İstanbula köçüblər. Evlilikləri 1987-ci ildə xəyanət nəticəsində boşanma ilə nəticələnib. Səlcuq Baran ədəbi mühitdə "Baran" soyadı ilə tanındığı üçün bu soyadı istifadə etməyə davam etdirib.
O, 1987–1993-cü illərdə TRT İstanbul Radiosu üçün radio pyesləri yazıb. "Qış səyahəti" kitabındakı hekayələrindən birini pyes olaraq uyğunlaşdırıb. "Türkan xanımın ölümü" adlı pyesi Ankara Dövlət Teatrı tərəfindən 1990–1991-ci il mövsümündə səhnələşdirilib. Roald Dalın "Çarli və böyük şüşə lift" adlı kitabını türk dilinə tərcümə edib. Yazıçı alkoqol asılılığı səbəbindən bir neçə dəfə alkoqolizmdən müalicə alıb.
1993-cü ildə Ankaraya geri dönən Baran, özünü uğursuz yazıçı kimi qəbul etdiyindən bir daha əlinə qələm almayıb. Əvvəllər də çalışdığı Hüquq fakültəsi Bankçılıq İnstitutunda 1995-ci ildən sonra nəşriyyat müdiri kimi fəaliyyət göstərib. 1996-cı ildə "Farfor gəlincik" adlı uşaq romanını nəşr etdirib.
Səlcuq Baran keçirdiyi mədə qanamasından sonra 4 noyabr 1999-cu ildə vəfat edib. 1987-ci ildə yazdığı "Payız gəlmədən - 2000" adlı romanı ölümündən sonra işıq üzü görüb. Bütün hekayələri "Qoz ağacına qar yağdı" (2008) adı altında toplanıb.
Reaksiyalar Baran, adətən yalnız olan, özü istəməsə belə yalnız qalan insanların ümidsizlik dolu hekayələrindən bəhs edən hekayələrində xəyali və poetik dildən istifadə edib. Behçet Necatigilə görə, "kəskin, bəlirli cizgilərdən qaçaraq, diqqət tələb edən, qeyri-müəyyən yaşantı parçalarını birləşdirib. Vədat Günyol isə Baranın hekayələri üçün "müəyyən həqiqətin, içində yaşadığı cəmiyyət reallığın bir-birini tamamlayan ardıcıl əks-sədalarını dilə gətirib" deyə vurğulayıb.
Xatirəsi Selcuq Barandan qalan gündəlik, məktub və yayımlanmamış yazıları Ülkü Uluırmak "İyundan noyabra" (2007) adı ilə tərtib edilib.
Ayfər Yılmazın "Hüzün fəslində yazıçı: Selcuq Baran və əsərləri" (2010) adlı araşdırması "Hər Dildə Yayıncılıq" tərəfindən nəşr olunub.
Ömər Solak tərəfindən aparılan genişmiqyaslı bir araşdırma, "SəlcuqBaran hekayəçiliyi: Səs çıxarmayan ağlayış kimi" adlı incələməsi ilə 2014-cü ildə "Kesit yayınları" tərəfindən nəşr olunub.
Səlcuq Baran Hekayə mükafatı Galapera Sənət Evi tərəfindən Səlcuq Baranın adını yaşatmaq üçün hekayə mükafatı təsis edib. Əvvəllər nəşr olunmamış, hər hansı başqa mükafat almamış və hekayə kitabı bütövlüyü daşıyan əlyazmaya münsiflər heyəti tərəfindən verilən mükafatın ilki 2013-cü ildə təqdim edilib, 2015-ci ildən sonra isə bir daha keçirilməyib. Mükafatı alan yazıçılar 2013, Haqqı İnanc 2014, Sənəm Dərə, Pelin Buzluq 2015, İshaq Uyqar Əskiciyan
Mükafatları 1973: "İyun" ilə TDK (Türk Dil Qurumu) Hekayə mükafatı 1974: "Bir solğun adam" ilə "Milliyet" Roman mükafatlarında fəxri fərman 1978: "Anaların haqqı" ilə Səid Faiq Hekayə mükafatı 1979: "Çöl çiçəkləri" ilə "Milliyət" Roman mükafatlarında fəxri fərman
Əsərləri Hekayələri
İyun (1972) Anaların haqqı (1977) Qış yolculuğu (1984) Tortu (1984) Yelkovan yoxuşu (1989) ISBN 978-975-14-0094-9 Argentina tanqoları (1992) ISBN 978-975-363-078-8
Romanları
Bir Solğun Adam (1975) ISBN 978-975-08-1771-7 Çöl çiçəkləri(1987) ISBN 978-975-08-1615-4 Güz gelmədən (ölümündən sonra, 2000) ISBN 978-975-363-850-7
Digərləri
Farfor gəlincik (uşaq kitabı, 1996) ISBN 978-975-08-1622-2 Çarli və böyük şüşə lift (Roald Daldan tərcümə, 1991) ISBN 978-975-510-255-9 Türkan xanımın ölümü (2020, Yapı Kredi yayınları) ISBN 978-975-08-4676-2
İstinadlar
Kateqoriya:Türkiyə romançıları