İrçan — Azərbaycan Respublikasının Laçın rayonunun İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Toponimikası Oykonim arçan (ardıc ağacı) sözündən olub, "ardıclı yer" mənasındadır. Türk dillərində ardıc ağacına "arça" da deyilir. Türkdilli xalqların toponimiyasında Arçan toponimi geniş areala malikdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri