QAK və ya Qratser AK FK ( hərfi mənası: Qratsın Atletik İdman Klubu; qısaltması QAK) — daha çox sadəcə Qratser AK () kimi tanınan, Ştiriya federal əyalətinin Qrats şəhərində yerləşən Avstriya idman klubudur.

Klubun futbol bölməsi bir vaxtlar Avstriyanın ən populyar klubları arasında idi və 1995-ci ildən 2005-ci ilə qədər olan onillikdə böyük uğurlar əldə etmişdi. Digər bölmələrə basketbol, suya tullanma və tennis daxildir, lakin onların hamısı ayrı-ayrı hüquqi şəxslər kimi fəaliyyət göstərir. "QAK"ın futbol bölməsi 2012–13-cü illər Regionalliqa Mərkəz mövsümü zamanı, 2012-ci ilin payızında fəaliyyətini dayandırdı. O vaxtdan bəri klub yenidən bərpa edildi və 2019-cu ildə Avstriya İkinci Liqasına qayıtdı. Dörd il sonra isə on yeddi illik fasilədən ardın Avstriya Bundesliqasına vəsiqə qazandı.

Tarixi 260px|thumb|QAK-ın liqa performansının tarixi qrafiki

Başlanğıc Klub, praqalı tibb tələbəsi, sonradan Berlinin Şarite və Karlov Universitetlərində professor olmuş Georq Avqust Vaqnerin ətrafında toplaşan yerli akademiklərinin qeyri-rəsmi birliyi kimi yaranmışdır. Doğma şəhərindən futbolla tanış olan Vaqner, 18 mart 1894-cü ildə Qrats bələdiyyə parkında müasir Avstriya ərazisində ilk açıq futbol matçını təşkil etdi. Vyana AK modelinə əsaslanan Qratser Atletik-Sport-Klub, səkkiz il sonra imperator Frans İosifin 72-ci doğum günündə təsis edildi.

Avropa futbolu və yeni minilliyə qızıl başlanğıc 1962 və 1983-cü illər arasında QAK Avropa yarışlarında iştirak etmişdir. Onların ilk matçı 1962-ci ildə Kuboklar Kubokunda Odense komandasına qarşı olmuşdur. Klub o vaxtdan bəri mütəmadi olaraq Avropa kuboklarında, 1980-ci illərdən isə mütəmadi olaraq UEFA Kubokunda çıxış edir. Lakin daxili arenada ən böyük nailiyyət 1981-ci ildə Avstriya Kubokunu qazandıqları zaman əldə edildi. Qızıl illər 2000-ci illərin birinci yarısında başladı və QAK 2000 və 2002-ci illərdə daha iki dəfə Avstriya Kubokunu qazandı. Onların ən böyük uğuru 2004-cü ildə qeydə alındı: onlar həm kuboku, həm də Avstriya çempionluğunu qazanaraq qızıl dubl etdilər, liqa mövsümünü isə Vyana Austriya komandasından bir xal öndə tamamladılar. Onların Avropada son çıxışı 2005–06-cı illər mövsümündə UEFA Kubokunun 1-ci turunda Strasburq komandasına qarşı 5–0 hesablı məyusedici səfər məğlubiyyəti oldu.

Maliyyə problemləri və müflisləşmə 2006–2007-ci illər mövsümündə "Qratser AK" müflisləşmə proseduruna başladı. Nəticədə klubun 28 xalı silindi. 2007–2008-ci illər mövsümündə klubun peşəkar liqalarda iştirakına icazə verilmədi və komanda Avstriya Mərkəz Regional Liqasına göndərildi. İkinci müflisləşmədən sonra klub 2008-ci ilin sentyabrında kreditorlarla razılaşma və kompromis əldə edərək varlığını qoruya bildi. Buna baxmayaraq, çox keçmədən Regional Liqaya düşdükdən sonra özünə gələ bilməyən klub yenidən çətinliklərlə üzləşdi və nəhayət 2012-ci ildə buraxıldı.

Yeni başlanğıc 2012-ci ildəki bağlanmadan qısa müddət sonra azarkeşlər tərəfindən Qratser AC adlı yeni bir bərpa klubu (feniks klubu) yaradıldı və 2013–14-cü illər mövsümündə ən aşağı liqadan mübarizəyə başladı. 14 mart 2014-cü ildə keçirilmiş növbədənkənar iclasda baş assosiasiya ilə razılaşmaya əsasən Qratser AC-nin orijinal "QAK"-ın davamçısı olduğu elan edildi. Bütün çempionatları qazandıqdan sonra klub 2019–20-ci illər mövsümündə ikinci diviziona yüksələrək peşəkar futbola qayıtdı.

Azarkeşlər "Qırmızılar" ən yüksək orta azarkeş sayını (9234) 2003–2004-cü illərdə qeydə aldılar. Məcburi aşağı liqalara göndərilmələrdən sonra orta azarkeş sayı təxminən 3500 civarında qərarlaşsa da, təşkilatlanmış dəstəyin keyfiyyəti artmışdı. Regionalliqaya düşməzdən əvvəl fəal azarkeş sektoru ("əyri") 22-ci sektorda idi, daha sonra isə 25-ci sektora keçdi. Üçüncü diviziona düşmələrinə baxmayaraq, bir neçə yüz azarkeş səfər oyunlarında iştirak edirdi. Ultras fanat qrupları Red Firm, Graz Society, Tifosi Rosso Bianco və Everreds kimi tanınır. Azarkeşlərin bir qismi KFC Uerdingen 05, Çelik Zenitsa, Austriya Zalsburq və Zlin klublarının fanatları ilə dostluq əlaqələri saxlayır.

Qrats derbisi QAK, Qrats derbisində qarşılaşdığı eyni şəhərdən olan rəqibi Şturm Qrats ilə güclü bir rəqabətə malikdir. 1974-cü ildə Qrats FK adı altında təklif olunan birləşməyə qarşı hər iki klubun azarkeşləri tərəfindən ciddi müqavimət göstərilmişdi. 1920-ci ildən bəri, yoldaşlıq oyunları (xüsusən də 1920-ci ildəki ilk rəsmi Ştiriya Kubokundan əvvəl) istisna olmaqla, bu iki komanda arasında 199 matç oynanılıb: bunlardan 185-i liqada (130-u peşəkar səviyyədə, 55-i həvəskar səviyyədə Ştiriya Liqasında); daha yeddisi Avstriya Kubokunda (2002-ci ildə QAK-ın qalib gəldiyi bir final daxil olmaqla); 1 matç Avstriya Superkubokunda; 2 qarşılaşma Çammerpokalda və 4 oyun Ştiriya Kubokunda baş tutmuşdur. İlk derbi 1911-ci ildə, ən sonuncusu isə 2 noyabr 2023-cü ildə baş tutmuşdur. "Qırmızı şeytanlar" bu rəqabətdə daha üstün nəticələrə malikdir. 19 oktyabr 2022-ci ildə iki klubun ÖFB-Kubokunun 1/8 finalında üz-üzə gəlməsi ilə uzunmüddətli derbisiz dövr başa çatdı.

Keçmiş mövsümlər Komandanın 2012-ci ilin sonunda yenidən qurulmasından sonrakı mövqeləri. Mövsüm Liqa Səviyyə Mövqe O Q H M VQ BQ T-F X Avstriya Kuboku 2013–14 1. Klasse Mitte A (VIII) 8 1 22 20 2 0 124 12 112 62 vəsiqə qazanmayıb 2014–15 Gebietsliga Mitte (VII) 7 1 26 23 1 2 107 29 78 70 vəsiqə qazanmayıb 2015–16 Unterliga Mitte (VI) 6 1 26 22 3 1 88 19 69 69 vəsiqə qazanmayıb 2016–17 Oberliga Mitte/West (V) 5 1 26 14 9 3 65 29 36 51 vəsiqə qazanmayıb 2017–18 Ştiriya Torpaq Liqası (IV) 4 1 30 21 5 4 61 24 37 68 vəsiqə qazanmayıb 2018–19 Regionalliqa Mərkəz (III) 3 1 30 21 5 4 70 28 42 68 1/2 final 2019–20 Birinci Liqa (II) 2 15 30 7 10 13 40 50 -10 31 İkinci mərhələ 2020–21 Birinci Liqa (II) 2 6 30 13 7 10 46 42 4 46 Birinci mərhələ 2021–22 Birinci Liqa (II) 2 7 30 13 7 10 47 39 8 46 Birinci mərhələ 2022–23 Birinci Liqa (II) 2 2 30 17 9 4 52 29 23 60 Üçüncü mərhələ 2023–24 Birinci Liqa (II) 2 1 30 21 6 3 57 27 30 69 Üçüncü mərhələ 2024–25 Bundesliqa (I) 1 11 22 3 7 12 27 45 -18 16 Üçüncü mərhələ Yaşıl rəng yuxarı liqaya yüksəlmə ilə nəticələnən mövsümü göstərir

Avropa kubokları

Nəticələri Mövsüm Turnir Mərhələ Rəqib Ümumi 1-ci oyun 2-ci oyun1962–63UEFA Kuboklar Kuboku2-ci mərhələ Odense 4:6 1:1 (E) 3:5 (S)1964–65Yarmarkalar Kuboku1-ci mərhələ Zaqreb 2:9 2:3 (S) 0:6 (E)1968–69UEFA Kuboklar Kuboku1-ci mərhələ ADO Den Haaq 1:6 1:4 (S) 0:2 (E)1973–74UEFA Kuboku1-ci mərhələ Panaxayki 1:3 0:1 (E) 1:2 (S)1981–82UEFA Kuboklar Kuboku1-ci mərhələ Dinamo Tbilisi 2:4 0:2 (S) 2:2 (E)1982–83UEFA Kuboku1-ci mərhələ Korvinul Hunedoara 1:4 1:1 (E) 0:3 (S)1996–97UEFA KubokuTəsnifat Voyvodina 7:1 2:0 (E) 5:1 (S)1-ci mərhələ Jerminal Ekeren (s.q.) 3:3 1:3 (S) 2:0 (E)2-ci mərhələ İnter Milan 1:1 (3:5 p.) 0:1 (S) 1:0 (ə.v.) (3:5 p.) (E) 1997 UEFA İntertoto KubokuQrup mərhələsi Silkeborq 5:4 2:0 (E) Ebbv Veyl 0:0 (S) Xorvatski Draqovolyats 1:3 (E) Bastiya 2:1 (S)1998–99UEFA Kuboku2-ci Təs. mərh. VPS 3:0 0:0 (S) 3:0 (E)1-ci mərhələ Liteks Loveç 3:1 1:1 (S) 2:0 (E)2-ci mərhələ Monako 3:7 3:3 (E) 0:4 (S)1999–00UEFA Kuboku2-ci Təs. mərh. Kİ Klaksvik 9:0 5:0 (S) 4:0 (E)1-ci mərhələ Spartak Trnava 4:2 3:0 (E) 1:2 (S)2-ci mərhələ Panatinaikos (s.q.) 2:2 2:1 (E) 0:1 (S)2000–01UEFA Kuboku1-ci mərhələ Koşitse 3:2 3:2 (S) 0:0 (E)2-ci mərhələ Espanyol 1:4 0:4 (S) 1:0 (E)2001–02UEFA KubokuTəsnifat HB Torshavn 6:2 2:2 (S) 4:0 (E)2-ci mərhələ Utrext 3:6 0:3 (S) 3:3 (E)2002–03UEFA Çempionlar Liqası2-ci Təs. mərh. Şerif Tiraspol 6:1 4:1 (S) 2:0 (E)3-cü Təs. mərh. Lokomotiv Moskva 3:5 0:2 (E) 3:3 (S)2002–03UEFA Kuboku1-ci mərhələ APOEL 1:3 0:2 (S) 1:1 (E)2003–04UEFA Çempionlar Liqası2-ci Təs. mərh. Tirana 7:2 5:1 (S) 2:1 (E)3-cü Təs. mərh. Ayaks 2:3 1:1 (E) 1:2 ((g.q.)) (S)2003–04UEFA Kuboku1-ci mərhələ Valerenqa 1:1 (s.q.) 0:0 (S) 1:1 (E)2004–05UEFA Çempionlar Liqası3-cü Təs. mərh. Liverpul 1:2 0:2 (E) 1:0 (S)2004–05UEFA Kuboku1-ci mərhələ Liteks Loveç 5:1 5:0 (E) 0:1 (S)Qrup mərhələsi Oser 5:40:0 (S) Amika Vronki3:1 (E) Reyncers0:3 (S) AZ Alkmaar2:0 (E)1/16 final Midlsbro 3:4 2:2 (E) 1:2 (S)2005–06UEFA Kuboku2-ci Təs. mərh. Nistru Ataç 3:0 2:0 (S) 1:0 (E)1-ci mərhələ Strasburq 0:7 0:2 (E) 0:5 (S)

Şturm Qrats ilə derbi statistikası 23 avqust 2005-ci il tarixinə Avstriya yüksək liqasında ümumi nəticə: 46 Qələbə 42 Heç-heçə 42 Məğlubiyyət (Qollar: 174:168)

Cari heyət

İcarəyə verilənlər

Baş məşqçilərin tarixi

Karl Mütç (1948–1951) Yozef Poyar (1951–1952) Engelbert Smutni (1952) Karl Mütç (1953–1954) Alfred Pestitşek (1954–1957) Yanos Sep (1957–1960) Ferdinand Fritç (1960–1962) Xuan Şvanner (1962–1963) Fridrix Pimperl (1963–1964) Milan Zekoviç (1964) Karl Durspekt (1964–1965) Karl Kovants (1965–1967) Frits Kominek (1967–1969) Vlado Şimuniç (1969–1970) Karl Durspekt (1970–1971) Helmut Senekoviç (1971–1973) Alfred Güntner (1973–1974) Hans Hipp (1974–1975) Hermann Ştessl (1975–1977) Hermann Repitç (müvəqqəti) (1977) Qerd Şpringer (1977–1978) Valter Koleznik (müvəqqəti) (1978) Vatslav Halama (1978–1981) Zlatko Çaykovski (1981–1982) Avqust Ştarek (1982–1984) Helmut Senekoviç (1984–1985) Qernot Fraydl (1985–1986) Adolf Blutş (1986–1987) Adi Pinter (1987–1988) Vatslav Halama (1988–1989) Karl Filipp (1989) Adi Pinter (1989–1990) Haynts Binder (1990) Savo Ekmetsiç (1990–1992) Milan Miklaviç (1992–1993) Hans Ulrix Tomale (1993–1996) Lyupko Petroviç (1996) Hans Peter Şaller (1996) Avqust Ştarek (1996–1997) Klaus Auqentaler (1997–2000) Rayner Hörql (2000) Verner Qreqoritç (2000–2001) Xristian Keqlevits (2001) Tays Libreqts (2001–2002) Xristian Keqlevits (2002) Valter Şaxner (2002–2006) Lars Sönderqor (2006–2007) Ditmar Peqam (2007) Stoyadin Raykoviç (2008) Qreqor Pötçer (2008–2010) Haynts Karner (2010) Peter Ştöger (2010–2011) Aleş Çex (2011–2012) Ante Şimundja (2012) David Prays (9 oktyabr 2017 – 25 fevral 2020) Qernot Plasnegger (2020–2021) Qernot Mesner (2021–2024) Rene Poms (2024–2025) Ferdinand Feldhofer (2025–davam edir)

Nailiyyətləri thumb|right|QAK, 2004-cü ildəki Avstriya çempionluğunu Qrats şəhərinin Hauptplatz (Baş meydan) ərazisində qeyd edir.

Avstriya Bundesliqası (I) Qalib (1): 2003–04 İkinci yer (2): 2002–03, 2004–05 Avstriya Kuboku Qalib (4): 1980–81, 1999–2000, 2001–02, 2003–04 İkinci yer (2): 1961–62, 1967–68 Avstriya Superkuboku Qalib (2): 2000, 2002 İkinci yer (1): 2004 Avstriya Birinci Liqası (II) Qalib (4): 1974–75, 1992–93, 1994–95, 2023–24 Avstriya Regionalliqa Mərkəz (III) Qalib (2): 2011–12, 2018–19 Ştiriya Torpaq Liqası (IV) Qalib (1): 2017–18 Oberliqa Mərkəz/Qərb (V) Qalib (1): 2016–17 Unterliqa Mərkəz (VI) Qalib (1): 2015–16 Qebitsliqa Mərkəz (VII) Qalib (1): 2014–15 1. Klasse Mərkəz A (VIII) Qalib (1): 2013–14

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1902-ci ildə yaranan futbol klubları Kateqoriya:Avstriya futbol klubları Kateqoriya:1902-ci ildə Avstriyada yarananlar