Milk and Honey () — İsrail vokal qrupu. Orijinal heyət Şmulik Bilu, Reuven Qvirtz, Yehuda Tamir və Qali Ataridən ibarət idi. Onlar 1979-cu ildə İsrail üçün "Hallelujah" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində qalib gəliblər. Tarixi Qrup 1978-ci ildə, həm "Hakol Over Habibi" kollektivi, həm də Yardena Arazi bəstəkar Kobi Oşratın "Hallelujah" mahnısını 1979-cu il Avroviziya Mahnı Müsabiqəsi üçün İsrailin milli seçim turunda ifa etməkdən imtina etdikdən sonra, prodüser Şlomo Zax və bəstəkar tərəfindən yaradılıb. Nəticədə milli seçimin qalibi olan "Milk and Honey" qrupu, ardınca 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində də qələbə qazanıb. "Hallelujah" mahnısı 1979-cu ilin aprelində Britaniya sinql çartlarında (UK Singles Chart) 5-ci pilləyə qədər yüksəlib. Qrupun "Goodbye New York" adlı daha bir beynəlxalq hiti də olub.
Mahnı müsabiqəsindən bir ildən də az bir müddət keçdikdən sonra Qali Atari "Milk and Honey" qrupundan ayrılıb və 1981-ci ildə onu Lea Lupatin əvəz edib. Elə həmin il Atari ödənilməmiş qonorarlara görə Zaxı məhkəməyə verib. 1994-cü ildə İsrail məhkəməsi Atarinin xeyrinə qərar çıxararaq Zaxın qonorarları ödəməsi barədə göstəriş verib. Sonradan, 2003-cü ildə Zax və tərəfdaşları Oşratı məhkəməyə verərək, onun da qrupun tərəfdaşı olduğu üçün Atariyə edilən ödənişlərdə payı olması lazım gəldiyini iddia ediblər. Bu məhkəmə çəkişməsi 2009-cu ildə mediasiya yolu ilə həll olunub.
"Milk and Honey" qrupu daha iki dəfə milli seçim finalında yarışıb. Onlar 1981-ci ildə "Serenada" mahnısı ilə dördüncü, 1989-cu ildə isə "Ani Ma'amin" mahnısı ilə səkkizinci yeri tutublar. Qrup üzvləri Qvirts və Tamiri 1988-ci ildə Avroviziyada İsrail təmsilçisini müşayiət ediblər.
Şmulik Bilu 31 dekabr 2023-cü ildə Tel-Əvivdəki İhilov xəstəxanasında 71 yaşında vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:İsrailin "Avroviziya" təmsilçiləri