Jeremi Silvanqi Klovis Qnali (; 12 aprel 2002, Paris, Fransa) — Fransa və Konqo vətəndaşlığına malik peşəkar futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Qarabağ klubunda sol cinah müdafiəçisi kimi çıxış edir.

O, eyni zamanda sol yarımmüdafiəçi və sol vinger mövqelərində də çıxış edə bilir.

Karyerası

Klub karyerası Jeremi Qnali Fransanın Mets klubunun akademiyasının yetirməsidir. O, peşəkar karyerasının ilk illərində "Mets"in B komandasında, daha sonra isə İspaniyanın "Tarazona" və "Melilya" klublarında forma geyinmişdir.

2024-cü ilin avqust ayında Kiprin AEK Larnaka klubuna transfer olunmuşdur. O, Kipr təmsilçisinin heyətində ümumilikdə 60 matçda meydana çıxmış və 7 məhsuldar ötürmə ilə yadda qalmışdır. Qnali AEK-in heyətində yerli turnirlərdə çıxış edərək Kipr Kubokunun və Kipr Superkubokunun qalibi olmuşdur.

2 fevral 2026-cı ildə Azərbaycan Premyer Liqasının son çempionu "Qarabağ" klubu Jeremi Qnali ilə 2,5 illik müqavilə imzaladığını rəsmən açıqlamışdır. Gənc müdafiəçi Ağdam təmsilçisinin heyətində 24 nömrəli forma altında çıxış edir.

Uğurları AEK Larnaka Kipr Kuboku: (1) Kipr Superkuboku: (1)

İstinadlar

Xarici keçidlər Jeremie Gnali profili — Transfermarkt. Jeremie Gnali profili — Qarabağ FK rəsmi saytı.

Kateqoriya:2002-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Mets FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları