Væb ("vayb" kimi tələffüz olunur) – 2022-ci ildə yaradılmış İslandiya musiqi dueti. Heyətinə qardaşlar, müğənnilər və reperlər Mattias David və Haulvdaun Helgi Mattiasosonlar daxildir. Duet İslandiyanı "Avroviziya-2025" mahnı müsabiqəsində "Róa" adlı mahnı ilə təmsil etmiş və ümumi hesabda 33 xal toplayaraq 25-ci yeri tutmuşdur.
Tarixi Halfdan və Mattias İslandiyanın Kopavoqur şəhərində doğulmuş altı bacıdan ikisidir. Onların anası "Lífsins leið" mahnısı ilə "2008 Söngvakeppnin" müsabiqəsində iştirak etmişdir. Halfdan 2015-ci ildə İslandiya mahnı müsabiqəsi olan "The Christmas Star"nun qalibi olmuş, Mattias 2020-ci ildə "Eurogarðurinn" televiziya serialında görünmüş və "Dorinin axtarışında" mahnısının İslandiya dublyajında Nemonu səsləndirib. 2020-ci ildə COVID-19 pandemiyası zamanı iki qardaş lokal kilsələri üçün kilsə xidmətlərini və karantin məhdudiyyətlərindən təsirlənən yas tutanlar üçün canlı yayım dəfn mərasimlərini qeydə almış, onları montaj etmişdilər. Onlar "Væb" qrupunu 2022-ci ildə "TikTok"da "Aron Can (Borðar kál)" () adlı komediya mahnısını yerləşdirdikdən və onu "Spotify"da yayımlamağa qərar verdikdən sonra yaratmışdılar. Onlar adlarını hörmət, sakitlik və xoş atmosfer mənasını verən İsland dilindəki "virðing", "æðruleysi" və "bullandistemming" sözlərinin qısaltmasından götürmüşdülər.
İngi Bauer ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn "Ofbođslega frægur" (2023) remiksi ilə duet ilk kommersiya uğurunu qazanmış və "Tónlistinn" hit-paradının ilk iyirmiliyinə daxil olmuşdur. "Tölur tala" kompozisiyası da milli hit-parada daxil olaraq 21-ci pillədə qərarlaşmışdır.
2024-cü ilin fevral ayında onlar "Avroviziya" mahnı müsabiqəsi üçün milli seçim turu olan "Söngvakeppnin" yarışmasında "Bíómynd" mahnısı ilə iştirak etmiş, yarımfinal mərhələsini keçərək finala vəsiqə qazanmış və orada 4-cü yeri tutmuşdular. Buna baxmayaraq, "Bíómynd" bütün iştirakçıların mahnıları arasında ən populyar kompozisiya olmuş, İslandiyanın top-10 siyahısına daxil olan ilk və yeganə mahnıya çevrilmişdir. Bir neçə ay sonra İngi Bauer ilə birlikdə yazılmış "Væbauer" adlı ilk mini-albomları işıq üzü görmüşdür.
Növbəti ildə onlar RÚV tərəfindən yenidən "Söngvakeppnin" yarışmasının iştirakçıları sırasına seçilmişdilər. "Róa" mahnısı ilə çıxış etdikləri müsabiqədə yarımfinalı keçərək finala yüksəlməyə nail olmuşdular. Münsiflər heyətinin və tamaşaçıların favoritinə çevrilən "Róa" mahnısı müsabiqənin qalibi elan edilmişdir. Bununla da "Væb" dueti "Avroviziya-2025" mahnı müsabiqəsində İslandiyanı təmsil etmək hüququ qazanmış və yarışmanın final mərhələsinə adlamışdır. Bundan əlavə, "Róa" mahnısı "Tónlistinn" hit-paradında 4-cü pilləyə yüksələrək ən yaxşı nəticəsini nümayiş etdirmişdir. 2025-ci il Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalında onlar altıncı yeri tutaraq finala vəsiqə qazanmışdılar. Burada onlar 25-ci yeri tutmuşdular.
Heyəti Mattias David Mattiaoson (7 dekabr 2004-cü il) — vokal Halvdan Helgi Mattiaoson (4 iyun 2003-cü il) — vokal
Diskoqrafiya
Studiya albomları 2022 — Væb tékk
EP 2024 — Væbauer (con Ingi Bauer)
Sinqllar 2022 — Aron Can (Borđar kál) 2022 — Þetta kallar á drykk 2022 — Ríðum ríðum (con Háski e Rokkkór Íslands) 2022 — Alveg dagsatt (con Villi Neto e Barnakór Lindakirkju) 2023 — Ofbođslega frægur (con Ingi Bauer) 2023 — Tölur tala (feat. Herra Hnetusmjör) 2023 — Sömmer baby (con Disco Curly) 2023 — Ég er á leiðinni remix 2024 — Bíómynd 2024 — Til hamingju 2025 — Róa 2025 — Dr. Saxophone 2026 — Þetta reddast 2026 — Gamerboi (feat. dóttir.x)
İstinadlar
Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Hip-hop qrupları Kateqoriya:İslandiya musiqi qrupları Kateqoriya:İslandiyanın "Avroviziya" təmsilçiləri