Simon Ovannisyan (; ), monoim kimi sadəcə Simon olaraq tanınır — Ermənistan müğənnisi, mahnı müəllifi və rəqqası. Vyana şəhərində keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsində Ermənistanın nümayəndəsidir.

Həyatı Simon Ovanannisyan 9 avqust 1994-cü ildə Ermənistanın Razdan şəhərində, həkim ailəsində anadan olmuşdur. Universitetdə iqtisadiyyat təhsili almış, lakin bu sahə üzrə peşəkar fəaliyyətlə məşğul olmayaraq diqqətini musiqi və rəqs sənətinə yönəltmişdir.

2025-ci ilin fevral ayında Simonun "Ay paparey bye" mahnısı ilə "Depi Evratesil 2025" müsabiqəsinin finalçısı olduğu elan edilmişdir. Fevralın 16-da keçirilən finalda o, həm beynəlxalq, həm də yerli münsiflər heyətinin səsverməsində qalib gəlmiş, tamaşaçı səsverməsində isə dördüncü yeri tutaraq ümumi nəticədə ikinci olmuşdur.

9 mart 2026-cı il tarixində Ermənistanın "Hraparak" informasiya nəşri onun daxili seçim yolu ilə "Avroviziya-2026" mahnı müsabiqəsində Ermənistanın nümayəndəsi seçildiyini xəbər vermişdir. İki gün sonra Ermənistanın AMPTV telekanalı Simonun müsabiqə üçün nəzərdə tutulan "Paloma Rumba" mahnısını təqdim edərək bu məlumatı təsdiqləmişdir.

Diskoqrafiya

Sinqllar Başlıq İl Albom «Ay paparey bye» 2025 rowspan="3" «Paranoia» «Paloma Rumba» 2026

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Ermənistan müğənniləri Kateqoriya:XXI əsr müğənniləri