Ən-Numan ibn əl-Munzir ibn əl-Munzir əl-Ləxmi (; ) — Ləxmilərə mənsub sonuncu Hirə hökmdarı və ya valisi.

Həyatı III ən-Numan ibn əl-Munzir (hakimiyyət illəri 580–602) dövrünün qüdrətli hökmdarlarından biri olmuş və hakimiyyətinə qarşı çıxmış ərəb qəbilələrini məğlub edərək Hirədəki hakimiyyətini möhkəmləndirmişdir. Onun dövründə Hirə dövrün mədəni mərkəzlərdən birinə çevrilmişdir.

II Xosrov Əbrəviz onun qızını özünə cariyə etmək üçün tələb etmiş, lakin o bu tələbi rədd etmişdir. Bundan sonra başına gələcəkləri təxmin edən III ən-Numan, qızını və digər qiymətli əşyalarını Bənu Bəkr qəbiləsinin Bənu Şeyban qoluna əmanət edərək Mədainə yollanmışdır. Burada o, II Xosrov tərəfindən öldürülmüş və yerinə İyas ibn Qabisə təyin edilmişdir.

İyas ibn Qabisə II Xosrovun adından III ən-Numanın əmanətlərini Bənu Şeyban qəbiləsində tələb etdikdə bu müharibəyə səbəb olmuş və Sasanilər bu müharibədə məğlub olmuşlar.

Populyar mədəniyyətdə Onu "Səhra döyüşçüsü" () adlı filmdə Qəssan Məsud canlandırmışdır.

Həmçinin bax Zi Qar döyüşü

İstinadlar