Katrina and the Waves () — İngiltərə musiqi qrupu. Qrup 1997-ci ildə Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanıb. Tarixi Qrup 1981-ci ildə Kembricdə "Soft Boys" qrupunun gitaraçısı Kimberli Ryü tərəfindən "The Ways" adı altında yaradılıb. Kollektivin heyətinə həmçinin zərb alətləri ifaçısı Aleks Kuper və iki amerikalı — gitaraçı Katrina Leskaniç və bas-gitaraçı Vins De La Kruz daxil olub. Tezliklə qrupun vokalisti rolunda Ryünü Leskaniç əvəz edib və onun adının qrupun adına daxil edilməsi qərara alınıb.
1983-cü ildə musiqiçilər Kanadanın "Attic" səs-yazma studiyası ilə, 1985-ci ildə isə Amerikanın "Capitol" şirkəti ilə müqavilə imzalayıblar. Bu şirkət tərəfindən buraxılmış "Katrina & The Waves" albomu həm ABŞ-da, həm də Avropada uğur qazanıb, albomda yer alan "Walking On Sunshine" kompozisiyası isə hitə çevrilərək Britaniya hit-paradlarında səkkizinci, Amerika hit-paradlarında isə doqquzuncu yeri tutub. Bunun nəticəsi olaraq qrup "Ən yaxşı yeni artist" nominasiyasında "Qremmi" mükafatına namizəd göstərilib. Sonradan qrup "SBK Records" şirkəti ilə müqavilə bağlasa da, musiqiçilər ABŞ-da bir daha böyük uğurlar qazana bilməyiblər.
Böyük Britaniyaya qayıtdıqdan sonra, qrup 1997-ci ildə (Don Eyrinin aranjimanında olan) "Love Shine A Light" mahnısı ilə Avroviziya müsabiqəsində qələbə qazanıb, bu mahnı daha sonra Britaniya hit-paradında üçüncü, Avstriya və Norveç hit-paradlarında isə ikinci yeri tutub. Mahnının uğuru musiqiçilərə "Warner" şirkəti ilə müqavilə bağlamağa və yeni "Walk On Water" albomunu buraxmağa kömək edib. Lakin 1999-cu ildə kollektiv dağılıb və onun üzvləri müstəqil şəkildə çıxış etməyə davam ediblər.O'Connor, John Kennedy. The Eurovision Song Contest –The Official History. :en:Carlton Books, UK. 2007
Diskoqrafiya Shock Horror (1983) Walking on Sunshine (1983) Katrina and the Waves 2 (1984) Katrina and the Waves (1985) Waves (1986) Break of Hearts (1989) Pet The Tiger (1991) Edge of the Land (1993) Turnaround (1994) Walk on Water (1997) İstinadlar
Xarici keçidlər
Kimberley Rew official website Katrina Leskanich official website
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Birləşmiş Krallığın "Avroviziya" təmsilçiləri