Terttu Anneli Orvokki Saaristo (; ) — finlandiyalı müğənni və aktrisa. 1989-cu il Avroviziya Mahnı Müsabiqəsindəki iştirakı ilə beynəlxalq səviyyədə tanınır.
Həyatı Saaristo 15 fevral 1949-cu ildə Yokioynendə anadan olub. Anneli Saaristo musiqiyə erkən yaşlarında maraq göstərib. O, uşaqlığını Finlandiyada keçirib və çox erkən yaşından oxumağa başlayıb.
Karyerası və Avroviziya Mahnı Müsabiqəsində iştirakı Anneli Saaristo karyerasına 1978-ci ildə "Sinun kanssasi sinua ilman" mahnısı ilə başlayıb. Vokal müsabiqələrində iştirak edib, rəqs orkestrində müğənni kimi çalışıb. Onun ilk albomu "Aina aika rakkauden" 1980-ci ildə işıq üzü görüb. 1984-cü ildə yenidən "Sä liian paljon vaadit" mahnısı müsabiqədə üçüncü yeri qazanıb. Saaristo, öz şansını 1989-cu ildə, "La dolce vita" mahnısı ilə Lozannada keçirilən 34-cü Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı təmsil etmək üçün seçildiyi vaxt əldə edib. "La dolce vita" mahnısı 22 təmsilçi arasında yeddinci yeri tutub. Bu, Finlandiyanın son 14 ildə Avroviziyada göstərdiyi ən yaxşı nəticə idi və həmin dövr üçün ölkənin reytinqində ikinci yerdə qərarlaşıb. Finlandiyada öz populyarlığını qoruyub saxlamış Saaristo, 1980-ci ildən bəri 18 albom buraxıb ki, bunlardan sonuncusu 2009-cu ildə işıq üzü görən "Uskalla Rakastaa" albomudur. 2005-ci ildə o, Mikko Leppilampi, Helena Vierikko və digər Avroviziya veteranı Vesa-Matti Loiri ilə birlikdə "Qartalın kölgəsi" tarixi filmində rol alıb.
Diskoqrafiyası Aina aika rakkauden (1980) Elän hetkessä (1984) Näin jäätiin henkiin (1985) Tuuli, laivat ja laulu (1987) La dolce vita (1989) Appelsiinipuita aavikkoon (1992) Kypsän naisen blues (1995) Helminauha (1999) Kaksi sielua (2004) Uskalla rakastaa (2009) Kissan mieli (2012)
İstinadlar
Kateqoriya:Finlandiya musiqiçiləri Kateqoriya:Finlandiya müğənniləri