Jan Romiyi (; ) — XVIII əsrdə yaşamış Cenevrə saatçısı, jurnalisti və ensiklopedisti.Kathleen H. Pritchard: Swiss Timepiece Makers 1775 – 1975. Phoenix-Verlag, USA. .
Fontenblo ediktindən sonra Cenevrəyə sığınan huqenot ailəsində anadan olmuş Romiyi öz sənətində etdiyi müxtəlif təkmilləşdirmələrlə tanınmışdır. O, digər diqqətəlayiq işlərlə yanaşı, qurulmadan bütöv bir il işləyə bilən saat hazırlamış, lakin bu ixtiraya tələb olunan dəqiqlik dərəcəsinin verilməsi şərəfini Ferdinand Bertuda buraxmışdır.
Romiyi 1777-ci ildə "Journal de Paris" qəzetinin təsisçilərindən biri olmuş, həmçinin Didro və d'Alamber tərəfindən nəşr edilən "Ensiklopediya"nın redaktorluğunu icra edərək, bura saatçılığın nəzəri hissəsinə dair məqalələr yazmışdır.
Onun ilahiyyatçı oğlu Jan-Edm Romiyi də "Ensiklopediya"nın hazırlanmasında əməkdaşlıq etmişdir. Qızı Janna general Kavenyakın nənəsi olmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat E. Haag, La France protestante, t. 8, Paris, Joël Cherbuliez, 1858, (p. 513). G. H. Baillie: Watchmakers and Clockmakers of the World. (1929) Reprint Read Books, 2006, . R.A. Leigh (Ed.): Correspondance complète de Jean-Jacques Rousseau. 52 vol. 1965–1998.