Abdullah ibn Əbu Bəkr (; ) — Əbu Bəkrin oğlu və Məhəmmədin səhabəsi.
Həyatı O, Məkkədə dünyaya gəlmişdir. Atası ilə Məhəmmədin Səvr mağarasında gizləndikləri vaxt, 3 gün boyunca onlar üçün kəşfiyyat məlumatları toplamışdır. Kiçik yaşlarında olan Abdullah, Məkkə büdpərəstlərindən öyrəndiyi məlumatları hava qarardıqdan sonra mağaraya gələrək atası və Məhəmmədə danışmış, sonra da dan yeri ağarmamış gizlincə Məkkəyə qayıtmışdır. Məhəmmədin Mədinəyə çatdığını öyrəndikdən sonra isə ailəsi ilə birlikdə Mədinəyə yollanmışdır.
Səid ibn Zeydin bacısı Ətikə ilə evlənən Abdullah, Məkkənin fəthində və Huneyn döyüşündə iştirak etmiş, Taifin mühasirəsində yaralanmışdır. Sağalmış yarası bir müddət sonra yenidən açılmış və o bu yaradan vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Bənu Teym