Azərbaycan Basketbol Liqası 2024/2025 – basketbol üzrə XXX Azərbaycan çempionatı. Mövsüm 18 oktyabr 2024-cü ildə "Neftçi"–"Naxçıvan" oyunu ilə başlamışdır. 20 tur davam edən müntəzəm mövsüm A və B qrupları üzərindən keçirilmişdir. A qrupundan ilk 3 yeri tutmuş klublar və B qrupunun qalibi birbaşa pley-offun 1/4 final mərhələsinə, qalan klublar isə pley-in mərhələsinə keçmişdirlər.

"Sabah" klubu final seriyasında "Neftçi" klubunu 4–2 hesabı ilə məğlub edərək ardıcıl 3-cü çempionluğunu qazanmışdır.

Komandalar və yerlər Liqada 12 komanda iştirak etmişdir. "Lənkəran" və "Ordu" çempionatda debüt edən komandalar olmuşdur. Əvvəlki mövsüm iştirak etmiş bəzi klublar bu mövsüm yeni adlarla yarışmışdır: "Cəlilabad" klubu "Quba", "Xəzri" klubu "Naxçıvan" və "Xırdalan" klubu "Abşeron" adlanmışdır.

KomandaYerArenaAbşeronXırdalanAbşeron Olimpiya İdman KompleksiLənkəranLənkəranLənkəran Olimpiya İdman KompleksiGəncəGəncəGəncə İdman SarayıQubaQubaQuba Olimpiya İdman KompleksiNaxçıvanBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziNeftçiBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziNTDBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziOrduBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziSabahBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziSərhədçiBakıSərhədçi İdman MərkəziSumqayıtSumqayıtSumqayıt Olimpiya İdman KompleksiŞəkiŞəkiŞəki Olimpiya İdman Kompleksi

Reqlament Əvvəlki mövsümlərdən fərqli olaraq bu mövsüm yeni reqlament tətbiq olunmuşdur. Çempionatın oyunları dörd dövrəli, 20 turdan ibarət sistem üzrə keçirilmişdir. Müntəzəm mövsümün oyunları A və B qrupları üzərindən baş tutmuşdur. Qrupların müəyyənləşdirilməsində klubların əvvəlki mövsümdəki nəticələri nəzərə alınmışdır. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş (pley-offa vəsiqə qazanmış) klublar A qrupunda, pley-offa vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış "Lənkəran" və "Ordu" klubları B qrupunda mübarizə aparmışdır. Müntəzəm mövsümün oyunlarında meydançada 4 əcnəbi və 1 yerli basketbolçunun olması tələbi qoyulmuşdur.

A qrupunu ilk 3 sırada tamamlamış komandalar və B qrupunu lider bitirmiş komanda birbaşa pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanmışdır. Qruplarda digər yerləri tutmuş komandalar isə pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in mərhələsinə keçmişdir. Pley-in ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə əldə etmişdir. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam etmişdir. Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub mövsümün çempionu olmuşdur.

Müntəzəm mövsüm Nəticələr

Pley-in

Pley-off

1/4 final

Yarımfinal

Final

Qeydlər

İstinadlar

2024/2025