Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi — Bolqarıstanın Azərbaycan Resppublikasında diplomatik nümayəndəliyi. Səfirlik Bolqarıstanın rəsmi nümayəndəliyi olaraq Bolqarıstan Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Bolqarıstanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.
Azərbaycanla Bolqarıstan BMT, Avropa İttifaqı və s. Beynəlaxalq Təşkilatlar çərçivəsində əməkdaşlıq edir.
2023-cü ildən Bolqarıstan Respublikasının Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Ruslan Stoyanovdur.Президент Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Болгарии в Азербайджане
Tarixi Bolqarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımışdı.
İki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur.
Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır.
16 aprel 2004-cü ildə Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalanmışdır.
8 may 2024-cü il tarixində "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə" imzalanmışdır.
Səfirlər Səfir Müddət başlanğıcı Müddətin sonuİvan Palçev20042008AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İVAN PALÇEVİ DİPLOMATİK FƏALİYYƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR Vasil Kalinov 2009Prezident İlham Əliyev aprelin 2-də Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Vasil Todorov Kalinovun etimadnaməsini qəbul etmişdir 2012İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir Maya Xristova 2012Президент Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Болгарии в Азербайджане 2018 Nikolay Yankov 2018 2023Ruslan Stoyanov2023
Parlamentlərarası əlaqələri 2005-ci ilin dekabr ayında Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.
Viza Bolqarıstana səfər etmək üçün viza almaq istəyən Azərbaycan vətəndaşları Bolqarıstanın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə müraciət etməlidirlər. Bolqarıstan Avropa Birliyinə daxil olan, lakin Şengenə daxil olmayan ölkələrdəndir. Buna görə də bu ölkəyə səfər etmək üçün Bolqarıstanın öz vizasını almaq lazımdır. Aktiv Şengen vizası olan şəxslərə Bolqarıstana daxil olmaq üçün asanlaşdırılmış rejim mövcuddur. Viza aldıqdan sonra Azərbaycan vətəndaşlarına bu ölkədə 90 günədək qalmaq hüququ verilir.
Tələb olunan sənədlər
Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Bank hesabından arayış və çıxarış. Müraciyyət eləyən şəxsin adında olan mülklərin çıxarışları və maşının texpasportunun kopyası Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamənin surəti) 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkil Aviabilet bronları Otel rezervasiyaları Səfəri tam əhatə edəcək və minimum 30.000 avro dəyəri əhatə edən səyahət sığortası İngilis dilində doldurulmuş ərizə forması
Bolqarıstan vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası viza portalı https://evisa.gov.az. vasitəsilə elektron viza ala bilərlər.
İstinadlar
Xarici keçidlər Azərbaycanın Bolqarıstandakı səfirliyi Bolqarıstanın Azərbaycandakı səfirliyi
Kateqoriya:Azərbaycan–Bolqarıstan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər Kateqoriya:Bolqarıstanın xarici siyasəti