Şarlotta Korde d'Armon (; ) — Fransa zadəganı, Fransa burjua inqilabı dövründə jirondistlərin fanatik tərəfdarı, Jan-Pol Maratın qatili.
Həyatı Şarlotta Korde Normandiyadan olan bir zadəganın ailəsində anadan olmuş və Maarifçilik dövrü idealları ruhunda tərbiyə almışdır. Normandiyanın Kan şəhərində yaşadığı dövrdə o, Konvensiyaya və Yakobin terroruna qarşı mübarizə aparan, Parisdən sürgün edilmiş bir qrup jirondistlərlə (Petyon de Vilnöv, Büzo və xüsusilə Şarl de Barbaru) yaxından təmasda olmuş və özünü jirondistlərin ideyalarına həsr etmişdir. Zadəgan mənşəyinə baxmayaraq, o, alovlu bir respublikaçıya çevrilmişdir.
2 iyun 1793-cü ildə jirondistlərin süqutu və yakobunların terror dalğası Şarlotta Kordeyə dərindən təsir etmişdir. Ölkədəki bu gedişatın əsas məsuliyyətini Jan-Pol Maratda görən Korde onu öldürmək qərarına gəlmiş və Parisə yollanmışdır. 13 iyul 1793-cü ildə o, mühüm məlumatlar ötürmək bəhanəsi ilə Maratın evinə daxil ola bilmiş və onu vannada olduğu zaman bıçaq zərbəsi ilə qətlə yetirmişdir. Maratın qətlə yetirilməsi ölkədə terror dövrünün başlanğıcı olmuşdur.
Hadisə yerindəcə dərhal həbs edilən Şarlotta Korde bir neçə gün sonra ölüm cəzasına məhkum edilmiş və 17 iyul 1793-cü ildə gilyotinlə edam olunmuşdur.
İstinadlar
Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa zadəganlığı Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Jirondistlər Kateqoriya:Qadın inqilabçılar Kateqoriya:Qadın qatillər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri