Əzəm Təyyar oğlu Ağayev () — Azərbaycanlı alim, tibb elmləri doktoru, professor. Uzun illər Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır

Həyatı Əzəm Ağayev 15 iyul 1944-cü ildə Yardımlı rayonunun Pirimbel kəndində anadan olmuşdur. 1953-cü ildə ailəsi ilə birlikdə Salyan rayonunun Qızılağac kəndinə köçmüşdür. 1962-ci ildə Salyan şəhərindəki 2 saylı orta məktəbi bitirmişdir.

1963-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

11 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi və pedaqoji fəaliyyəti Əzəm Ağayev 1985-ci ildə Azərbaycan Tibb İnstitutunun tədris işləri üzrə prorektoru təyin edilmişdir. 1989-cu ildən universitetin "Sosial gigiyena və səhiyyənin təşkili" kafedrasının müdiri olmuşdur.

O, tibb sahəsində 60-dan çox elmi əsərin, dərslik və metodik vəsaitlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan Tibb Universitetinin professorları Kateqoriya:Yardımlı rayonunda doğulanlar