Bronislav Lyudviqoviç Qrombçevski — (; ) — polyak əsilli rus səyyahı, hərbi şərqşünas, general-leytenant olmuşdur. O, Mərkəzi Asiyanın ölkə və ərazilərinin — Rus Türküstanının, Pamirin, Hindukuş ətrafındakı knyazlıqların (Hunza və Naqar), Şimal-Qərbi Tibetin və Kaşqariyanın tədqiqi ilə məşğul olmuşdur. Hərbi-strateji, hərbi-coğrafi, tarixi və etnoqrafik əsərlərin müəllifidir. “Böyük Oyun”un iştirakçılarından biri olmuşdur. Həmçinin Həştərxan qubernatoru vəzifəsində çalışmışdır. Ömrünün son illərində isə Polşanın hərbi təhsil müəssisələrində hərbi coğrafiya və şərqşünaslıq fənlərini tədris etmişdir.

Qrombçevskinin fəaliyyəti və geosiyasi baxışları Rusiya imperiyasının Mərkəzi Asiya və Pamirdə yürüdülən siyasətinin formalaşdırılmasına mühüm təsir göstərmişdir.

Haqqında 1855-ci il yanvarın 15-də Kovno quberniyasındakı ailə mülkündə anadan olub. Anası və qohumları Varşavaya köçüblər və Qrombçevski orada 4 nömrəli rus klassik gimnaziyasına daxil olub. 1873-cü ildə Qrombçevski Keksholm qrenadyor alayına könüllü hərbi xidmətçi (volnoopredelyayuşiysya) kimi qəbul olunub, oradan isə Varşava piyada yunker məktəbinə ezam edilib. 1875-cü ildə məktəbi bitirdikdən sonra praporşik rütbəsi alıb və yenidən alaya qayıdıb. Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Polşa səyyahları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Rusiya imperiyasının səyyahları Kateqoriya:Rusiya imperiyasının silahlı qüvvələri