Avropa İttifaqının prezidentləri — Avropa İttifaqı təskilatının prezidentlərinə Aİ-nın üç ayrı institutunun rəhbərləri daxildir:
Avropa Şurasının Prezidenti Antoniu Koşta — 1 dekabr 2024-cü ildən Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen — 1 dekabr 2019-cu ildən. Avropa Parlamentinin Prezidenti Roberta Metsola — 11 yanvar 2022-ci ildən.
Onlarla yanaşı, hər ölkədən bir nəfər olmaqla 27 milli nazirdən ibarət olan Avropa İttifaqı Şurası (həmçinin Nazirlər Şurası və ya sadəcə Şura) fəaliyyət göstərir.
Sədrlik konkret bir şəxs tərəfindən deyil, bir ölkə tərəfindən həyata keçirilir. İclaslara sədrliyi (müzakirə olunan mövzudan və ya Şuranın "konfiqurasiyasından" asılı olaraq) həmin ölkənin naziri edir. İclaslara adətən Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi sədrlik edir.
Protokola əsasən, müqavilələrdə ilk sırada Avropa İttifaqının Prezidenti birinci gəlir.9.5. Administrative structure of the European Union: official titles and listing order , European Commission Bununla belə, beynəlxalq səviyyədə Avropa İttifaqının əsas təmsilçisi Avropa Komissiyasının Prezidenti hesab olunur,Treaty of Lisbon amending the Treaty on European Union and the Treaty establishing the European Community , Article 9 B lakin Aİ-nın icraedici orqanının rəhbəri qismində Avropa Parlamentinin prezidenti də (sədri) G7 və digər beynəlxalq sammitlərdə iştirak edir.
Mediada Kütləvi İnformasiya vasitələrində bu vəzifələrin hər biri "Avropa prezidenti" kimi təsvir edilsə də, onlardan heç biri Prezident üsul-idarəsinin rəhbərinin (həm dövlət, həm də hökumət başçısı olan şəxsin) analoqu deyil. Bu qurumların hər birinin öz rəhbəri olduğu üçün, onların müvafiq rolları arasında daha aydın fərq yaratmağa imkan verəcək vəzifə adlarının — məsələn, Avropa Parlamentinin "spikeri", Avropa Mərkəzi Bankının "rəhbəri", Avropa İttifaqı Şurasının "prezidenti", Avropa İttifaqının "sədri" və Avropa Komissiyasının "Baş komissarı" kimi adların — istifadə olunması ilə bağlı təkliflər irəli sürülmüşdür.'The European Union: How Does it Work?' (3rd ed) Elizabeth Bomberg, John Peterson and Richard Corbett (2012, Oxford University Press) and
Komissiya sədrinin ən böyük nüfuza malik olduğu dövrdə — 1980-ci illərin sonları və 1990-cı illərdə — media bəzən onu "İttifaqın Baş naziri" adlandırırdı. Prezident termininin bu mənada işlədilməsi Avropada qeyri-adi hal deyil.
Seçkiləri Hər qurumun rəhbəri bir qədər fərqli üsulla seçilir: Avropa Parlamentinin sədri Avropa Parlamenti üzvləri arasından 2,5 illik və müddəti uzadıla bilən səlahiyyət müddətinə seçilir. Avropa Komissiyasının prezidenti son Avropa Parlament seçkilərini nəzərə alınmaqla Avropa İttifaqı prezidenti tərəfindən rəsmi olaraq təklif edilir və daha sonra Avropa Parlamenti tərəfindən 5 illik, yenilənə bilən müddətə seçilir.
Rolu
Avropa İttifaqının adi qanunvericilik proseduruna əsasən, Komissiya qanunvericilik təşəbbüsləri irəli sürür, Avropa Parlamenti və Avropa İttifaqı Şurası isə düzəlişlər və hüquqi aktın qəbul edilməsi barədə birgə qərarlar qəbul edir. Bu orqanların hər birinin prezidenti, ümumiyyətlə, onun işinin təşkili və fəaliyyətinə ümumi rəhbərliyi təmin etməlidir.
Avropa İttifaqının Prezidenti
Avropa İttifaqının prezidenti Aİ-nın beynəlxalq və diplomatik baxımdan əsas nümayəndəsi hesab olunur. Ondan Aİ-nın ümumi siyasi istiqamətini müəyyən etmək və İttifaq daxilində kompromis və konsensusun təşviqi üçün çalışan Aİ-na rəhbərlik etmək tələb olunur. Prezident Aİ-nın müvafiq milli liderləri tərəfindən təyin olunur.
Lissabon Müqaviləsindən əvvəl hər bir üzv dövlət öz növbəsində həm Avropa İttifaqına, həm də Avropa İttifaqı Komissiyasına sədrlik vəzifələrini öz üzərinə götürürdü və Aİ şurasının iclaslarına sədrlik edirdi. Lissabon Müqaviləsindən əvvəl "Avropa İttifaqı prezidenti" titul və vəzifəsi və ya hər hansı analoji vəzifə mövcud deyildi.
Avropa Komissiyasının Prezidenti
Avropa Komissiyasının prezidenti Avropa Birliyinin komissiyasına, icra hakimiyyətinə və kabinetinə rəhbərlik edir və buna görə də Aİ daxilində ən güclü vəzifə hesab olunur. Prezident, bu qurumun bir hissəsi olaraq, Avropa qanunvericiliyinin siyasi istiqaməti, logistikası və tətbiqi üçün məsuliyyət daşıyır və həm Avropa Parlamenti, həm də Avropa Birliyi Komissiyası qarşısında hesabat verir.
Prezidentə portfelləri Avropa Komissarları arasında bölüşdürmək hüququ verilir, onları vəzifədən azad etmək və vəzifələrini yenidən bölüşdürmək, eləcə də Komissiyanın inzibati heyətinə rəhbərlik etmək hüququ verilir.
Avropa Parlamentinin prezidenti
Avropa Parlamentinin prezidenti lazımi parlament proseduruna əməl olunmasını təmin edir və Parlamenti həm hüquqi, həm də diplomatik münasibətlərdə təmsil etməkdən məsuldur. Prezident həmçinin Aİ büdcəsinə yekun razılıq verməlidir.
Qalereya
Həmçinin bax Avropa İttifaqının Prezidenti Avropa Komissiyasının Prezidenti Avropa Parlamentinin prezidenti
İstinadlar
Xarici keçidlər EU website – European Union Presidents
Kateqoriya:Avropa İttifaqı qurumları Kateqoriya:Prezidentlər Kateqoriya:Avropa İttifaqı qurumları Kateqoriya:Avropa İttifaqı Kateqoriya:Avropa İttifaqında siyasət