Alter Harvi () — amerikalı həkim və alim. O, Maykl Houton və Çarlz Raysla ilə birlikdə 2020-ci il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı olmuşdur. Mükafat onlara hepatit C virusunun kəşfinə görə verilmişdir.Press release: The Nobel Prize in Physiology or Medicine 2020 (англ.). Дата обращения: 5 сентября 2020. Архивировано 5 октября 2020 года.
Həyat yolu Alter Harvi Nyu-York şəhərində yəhudi ailəsində anadan olmuşdur.Henrichsen, Colleen. NIH Clinical Center scientist a Lasker Award recipient. Press release. NIH (21 сентября 2000). Дата обращения: 20 октября 2009. Архивировано 16 октября 2020 года. O, uşaqlıq və yeniyetməlik illərini Kvinsdə keçirmişdir.Alter, Harvey J. (2014). The road not taken or how I learned to love the liver: A personal perspective on hepatitis history. Hepatology (англ.). 59 (1): 4–12. doi:10.1002/hep.26787. ISSN 1527–3350. Архивировано из оригинала 7 июня 2021. Дата обращения: 5 октября 2020. 1956-cı ildə Roçester Universitetini bakalavr dərəcəsi ilə bitirmiş, 1960-cı ildə isə həmin universitetdə tibb üzrə diplom almışdır. 1961-ci ilin dekabrından 1964-cü ilin iyun ayınadək National Institutes of Health-nda (Betesda, Merilend ştatı) postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərmişdir. 1964-cü ilin iyulundan 1965-ci ilin iyun ayınadək Vaşinqton University in St. Louis-ndə rezidentura keçmişdir. 1965-ci ilin iyulundan 1966-cı ilin iyun ayınadək isə Corctaun Universitetində hematologiya ixtisası üzrə hazırlıq keçərək bu sahədə ixtisaslaşmışdır.
Elmi tədqiqatları 1970-ci illərin ortalarında Alter Harvi və onun rəhbərlik etdiyi tədqiqat qrupu sübut etdi ki, qan köçürülməsindən sonra yaranan hepatit hallarının əksəriyyəti məlum olan hepatit A və hepatit B virusları ilə əlaqəli deyil. Şimpanzelər üzərində aparılan tədqiqatlar nəticəsində alimlər elmə əvvəllər məlum olmayan yeni bir hepatit növünün mövcudluğunu sübut etdilər. Bu xəstəlik ilkin olaraq "non-A, non-B hepatiti" ("nə A, nə də B hepatiti") adlandırıldı.Tabor, E., Gerety, R. J., Drucker, J. A., Seeff, L. B., Hoofnagle, J. H., Jackson, D. R., April, M., Barker, L. F., Pineda Tamondong, G. Transmission of non A, non B hepatitis from man to chimpanzees. Lancet 1:463 466, 1978. Bu araşdırmalar son nəticədə hepatit C virusunun kəşfinə gətirib çıxardı. 1988-ci ildə Alter Harvi rəhbərlik etdiyi tədqiqat qrupu insan qanı nümunələrində bu virusu aşkar etməyə nail oldu.Alter.pdf Архивировано 27 сентября 2007 года. 1989-cu ilin aprel ayında isə yeni virusun – hepatit C virusunun – təsviri Science jurnalında dərc olunan iki elmi məqalədə təqdim edildi. Harvi Alterin əsas töhfəsi ondan ibarət idi ki, o, hələ 1970-ci illərdə qan vasitəsilə yayılan, lakin həmin dövrdə məlum olmayan hepatit törədicisinin mövcudluğunu sübut etmişdi. Bu kəşf sonradan Maykl Houton tərəfindən hepatit C virusunun müəyyən edilməsinə, Çarlz Rays tərəfindən isə virusun həyat dövrünün öyrənilməsinə zəmin yaratdı. 2020-ci ildə "Hepatit C virusunun kəşfinə görə" Maykl Houton və Çarlz Raysla birlikdə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülüb. Bu kəşf sayəsində: -donor qanının yoxlanılması üçün yüksək dəqiqlikli testlər hazırlanmışdır; -qan köçürülməsi zamanı infeksiyanın ötürülmə riski xeyli azalmışdır; Hepatit C xəstəliyini əksər xəstələrdə tam sağalda bilən effektiv antiviral dərmanlar yaradılmışdır.
Mükafatları 2020-ci ildə — Fiziologiya və ya Tibb üzrə Nobel mükafatıPress release: The Nobel Prize in Physiology or Medicine 2020 (англ.). Дата обращения: 5 сентября 2020. Архивировано 5 октября 2020 года.
İstinadlar
Kateqoriya:ABŞ tibbi tədqiqatçıları Kateqoriya:ABŞ virusoloqları Kateqoriya:ABŞ həkimləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Hepatit C Kateqoriya:XX əsr ABŞ şəxsləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr ABŞ şəxsləri Kateqoriya:XXI əsr həkimləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Vaşinqton Universitetinin müəllimləri Kateqoriya:Virusoloqlar