Svetlana Vladimirovna Prokopyeva (; ) — Rusiyalı jurnalist və siyasi məhbus. Beynəlxalq Mətbuat Azadlığı Mükafatı laureatı.
Həyatı Svetlana Prokopyeva 1 oktyabr 1979-cu ildə Pskovda, adi fəhlə ailəsində anadan olub. Uşaqlığının ilk illərini Pskovda keçirib, daha sonra ailəsi Tyamşa qəsəbəsinə köçüb. Lakin sonradan o, yenidən şəhərə qayıdıb. 90-cı illərdə Leonid İzotovun xalq kamera "Söz Teatrı"nda ("Teatr Slova") çıxış edib. Məktəbi bitirdikdən sonra Svetlana Prokopyeva S.M.Kirov adına Pskov Dövlət Pedaqoji İnstitutunun (hazırda Pskov Dövlət Universiteti) tarix fakültəsinə daxil olub.
2002-ci ildə institutu bitirdikdən sonra Svetlana Prokopyeva baş redaktoru Lev Şlosberq olan müstəqil "Pskovskaya quberniya" qəzetində işləməyə başlayıb. Qəzetin əməkdaşlar axtarması barədə elana Prokopyeva öz institutunda rast gəlib. Bu elanları Şlosberq özü asmışdı. Onun sözlərinə görə, Prokopyeva gələrək test tapşırıqlarını — iki esseni (onlardan biri Pskov vilayətində turizmin inkişafına həsr olunmuşdu) uğurla yazıb və bundan sonra işə qəbul edilib. Şlosberq sonralar bu hadisəni belə xatırlayırdı: "Mən Prokopyevanın mətnlərini oxudum və anladım ki, ondan yaxşı jurnalist çıxacaq".
Karyerası Prokopyeva qəzetdə icmalçı vəzifəsində işləməyə başlayıb və 2006-cı ildə oradan ayrılıb. 2006-cı ildə Prokopyeva Saratova köçüb və orada Saratov vilayətinin qubernatoru Pavel İpatovun yanında spiçrayter (nitq yazarı) kimi fəaliyyətə başlayaraq 2009-cu ilə qədər bu işlə məşğul olub. 2009-cu ildə o, yenidən Pskova qayıdıb və dövlət müəssisəsi olan "Regional İnkişaf İnstitutu"nda baş redaktor kimi işə başlayıb. İnstitutun əməkdaşı kimi Pskovda ilk şəhər kitab mübadiləsi məntəqəsi layihəsinin həmtəşkilatçısı qismində çıxış edib.
2010–2012-ci illərdə Prokopyeva Saratov vilayəti hökumətinin ictimai monitorinq və ekspert idarəsinin rəisi vəzifəsində çalışıb. 2012-ci ildən hazırkı vaxta qədər isə "Pskovskaya lenta novostey" informasiya agentliyində sosial icmalçı kimi fəaliyyət göstərib. 2013-cü ilin mayından həmin ilin oktyabrına qədər "Pskovskaya pravda" qəzetinin baş redaktoru vəzifəsini icra edib. Nəşrin təsisçiləri ilə yaranan fikir ayrılıqları səbəbindən qəzetdən ayrılıb. Jurnalist Denis Kamalyaginin sözlərinə görə, Prokopyeva "Pskovskaya pravda"da "sistemi daxildən dəyişməyə çalışırdı". Lev Şlosberq bu barədə belə deyir: "Onun müstəqil mövqeyi və müstəqil addımları bu qəzetin təsisçiləri olan Pskov vilayəti administrasiyasının məmurlarının xoşuna gəlmədi".
Redaktorluq və jurnalist araşdırmaları 250px|thumb|right|Filoloq və jurnalist Yelena Şukayevanın Svetlana Prokopyevanın müdafiəsinə həsr olunmuş piketi 2013-cü ilin noyabrından 2014-cü ilin oktyabrına qədər "Pskovskaya quberniya" qəzetinin baş redaktoru postunu tutub. Həmin dövrdə qəzet Ukraynanın cənub-şərqindəki döyüşlərdə Rusiya Hava-Desant Qoşunlarının (VDV) 76-cı diviziyasının demək olar ki, bütün birinci bölüyünün həlak olması, həmçinin öldürülən pskovlu desantçılardan bir neçəsinin gizli dəfn edilməsi barədə böyük səs-küyə səbəb olan araşdırma materialı dərc etmişdi.
2014-cü ildən hazırkı vaxta qədər "Azadlıq Radiosu"nun xüsusi müxbiri və onun regional layihəsi olan "Sever.Realii" saytının redaktorudur. Prokopyeva 15 mart 2016-cı ildən 13 mart 2019-cu ilə qədər "Exo Moskvı v Pskove" radiosunda "Aydınlanma dəqiqəsi" ("Minutka prosvetleniya") adlı həftəlik müəllif verilişini aparıb. Bundan əvvəl isə "Ehtimal nəzəriyyəsi" ("Teoriya veroyatnosti") verilişinin fəaliyyətə başlamasında iştirak edib.
2018-ci ildə Aleksey Navalnının prezidentlik kampaniyası dövründə Navalnının seçki qərargahında SMM mütəxəssisi kimi çalışıb. Həmin il Prokopyevanın "Xeyr, bu, seçki deyil" ("Net, eto ne vıborı") adlı müəllif köşə yazısına görə "Pskovskaya quberniya" qəzeti, jurnalistin sözlərində ekstremizm tərkibi iddia edən "Roskomnadzor" dövlət qurumundan rəsmi xəbərdarlıq alıb.
Mühacirətdə 2020-ci ildə pskovlu sənədli film fotoqrafı Dmitri Markova həsr olunmuş məşhur "vDud" yutub şousunun buraxılışında qonaq qismində çıxış edib. 2021-ci ildə Jurnalistlər Həmkarlar İttifaqının Pskov şöbəsinə rəhbərlik edib.] Həmin il ittifaqın Profbürosunun (həmkarlar ittifaqı bürosunun) tərkibinə daxil olub.
2022-ci ildə Rusiyanı tərk edib. Bu mühacirətdən qısa müddət əvvəl Prokopyevanın evində axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları (güc strukturları) səhər saat 7-də onun evinə gələrək qapını sındırıb, telefonunu, planşetini və routerini müsadirə ediblər.
Prokopyeva həmçinin Saratovun "Redkollegiya" internet kitabxanasının şef-redaktoru olub. O, bəzi nəşrlərlə yaxından əməkdaşlıq edib. "7x7" ( "İzborskun itmiş milyonları" reportajı), Colta.ru ("Bərpaçıların işi və bərpa işi" məqaləsi), BBC ( "Mədəniyyət Nazirliyində korrupsiya işinin İzborsk kökləri", "Pskovda qubernator Turçakın istefası tələb olunur, Bu, sizə niyə lazımdır?", "Seçicilər məni bura qaytardı: Lev Şlosberq məhkəmələri uduzdu, lakin seçkiləri qazandı") kimi saytlarda məqalələr və reportajlar hazırlayıb. "Sovremennıy qorojanin", "Novıye vremena" (Saratov) və "Novaya praqmatika" nəşsrlərində müntəzəm olaraq nəşr olunub.
O, həmçinin müəllif qismində "Rusiya və Ukrayna. Tutulma günləri" ("Rossiya i Ukraina. Dni zatmeniya") kitab-toplusunun tərtib edilməsində iştirak edib.
Maraq dairəsi Svetlana Prokopyeva Karlos Kastanyedanın yaradıcılığına xüsusi maraq göstərir.
Ailəsi Ailəlidir, həyat yoldaşı rəssam-dizaynerdir.
Cinayət təqibi 250px|thumb|right|Yekaterinburqda Svetlana Prokopyevaya dəstək piketi 2019-cu ildə Svetlana Prokopyeva, Arxangelsk Federal Təhlükəsizlik Xidmətinin (FTX) idarəsində baş vermiş partlayışın səbəblərini təhlil etdiyi müəllif köşə yazısının dərkindən sonra terrorizmə bəraət qazandırma maddəsi (Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) ilə cinayət təqibinə məruz qalıb.
Hər şey 7 noyabr 2018-ci ildə Svetlana Prokopyevanın "Exo Moskvı v Pskove" radiosundakı "Aydınlanma dəqiqəsi" adlı müəllif verilişində çıxış etməsi ilə başladı. O, verilişdə 17 yaşlı solçu terrorçu və anarxo-kommunist Mixail Jlobitskinin ölümü ilə nəticələnən Arxangelsk FTX-dəki partlayışın səbəbləri barədə mülahizələrini oxumuşdu. Prokopiyeva öz mətnində Rusiya dövlətinin repressivləşdiyini və onunla mübarizə aparan bir nəsil vətəndaşı "özünün yetişdirdiyini" iddia edirdi. Ertəsi gün bu mətn "Pskovskaya lenta novostey" informasiya agentliyinin saytında "Dövlət üçün repressiyalar" başlığı ilə dərc olundu. Sonradan "Roskomnadzor", jurnalistin mətnində terrorizmə bəraət qazandırılması əlamətlərinin olduğunu əsas gətirərək məqalənin və radioefir yazısının silinməsini tələb etdi.
6 fevral 2019-cu ildə polislər Svetlana Prokopyevanın mənzilinə gələrək orada axtarış aparıblar. Ertəsi gün o, "Terrorizmə bəraət qazandırma" maddəsi üzrə şübhəli şəxs qismində tanınıb.
4 iyul 2019-cu ildə Prokopyeva "Rosfinmonitoring"in ekstremist və ya terror fəaliyyətinə aidiyyatı olmaqda şübhəli bilinən şəxslərin federal siyahısına daxil edilib. Eyni zamanda "Sberbank" onun bank hesablarını dondurub. 20 sentyabr 2019-cu ildə Prokopiyevaya rəsmən terrorizmə bəraət qazandırma və onun təbliğatı ittihamı irəli sürülüb.
6 iyul 2020-ci ildə məhkəmə Prokopyevanı təqsirli bilib və ona 500 min rubl məbləğində cərimə cəzası kəsib.
Cərimənin ödənilməsi və sonrakı təqiblər 15 fevral 2021-ci ildə Prokopyeva öz Facebook səhifəsində 500 min rublluq cərimənin ödənilməsinə kömək məqsədilə ianə kampaniyası başlatdı. Bu çağırışa stend-ap komiki Danila Popereçnı da daxil olmaqla çox sayda insan dəstək verdi. Fevralın 25-də jurnalist cəriməni ödədiyini, toplanan vəsaitdən yerdə qalan və demək olar ki, 2 milyon rubl təşkil edən hissəni isə "Media Hüquqlarının Müdafiəsi Mərkəzi"nə ("Sentr zaşitı prav SMI") yardım olaraq köçürdüyünü bildirdi.
"Memorial" İnsan Hüquqları Mərkəzi Prokopiyevanı siyasi motivlərlə təqib olunan şəxs elan edib.
19 may 2022-ci ildə Prokopyevanın bank hesabları üzərindəki blok götürülüb və o, terrorçu və ekstremistlərin reyestrindən çıxarılıb.
16 iyun 2023-cü ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" olan fiziki şəxslərin siyahısına daxil edilib.
18 sentyabr 2023-cü ildə Rusiya Federasiyası ordusunu "nüfuzdan salmaqda" (İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi) təqsirli bilinərək Prokopiyevaya 35 min rubl məbləğində cərimə kəsilib.
18 iyul 2024-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin (MVD) Svetlana Prokopyevanı rəsmi axtarışa verdiyi məlum olub.
Mükafatları 2002-ci ildə Pskov vilayətinin jurnalistləri üçün keçirilən ekologiya müsabiqəsində birinci mükafat Ümumrusiya Tarixi və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin (VOOPiIK) müsabiqəsində «Mədəniyyət sahəsində ən yaxşı nəşr» nominasiyası üzrə birinci dərəcəli "SeZaM-2003" müsabiqəsinin diplomu 2005 və 2006-cı illərdə «Pskov Şəhər Dumasının fəaliyyətinin ən yaxşı işıqlandırılmasına görə» müsabiqəsinin birinci dərəcəli diplomu Regional Media Rəhbərləri Alyansının «Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə» nominasiyasındakı diplomu «Həmrəylik» nominasiyasında «Redkollegiya» jurnalistika mükafatı laureatı (mart 2019) «Kommersant-SPb» qəzetinin «Sert işarəli söz» (Слово с твердым знаком) nominasiyası üzrə mükafatı laureatı 2020-ci ildə Beynəlxalq Mətbuat Azadlığı Mükafatı laureatı «Glamour» jurnalının «İlin Qadınları — 2020» mükafatı laureatı..."
Müsahibələri // ГражданинЪ TV. 11 февраля 2019. // ГражданинЪ TV. 8 июля 2019.
İstinadlar
Xarici keçidlər «Сейчас мы видим государственный терроризм». Светлана Прокопьева о свободе слова в России // :ru:Новая газета, 18 апреля 2021 года За что Светлану Прокопьеву признали виновной? Выводы экспертизы обвинения // 8 июля 2016 года, Baza Павел Дмитриев. Репортажи из зала суда по делу Светланы Прокопьевой // июнь 2020 года, Псковская губерния Александр Дыбин. Как журналистка Светлана Прокопьева живёт в ожидании суда по обвинению в оправдании терроризма // 18 октября 2019 года, :ru:Znak.com Владимир Рувинский. Подрыв журналистики// 1 октября 2019 года, :ru:Ведомости Елена Гункель. Как журналистку записали в террористы // 5 июля 2019 года, :ru:Deutsche Welle Саша Сулим. Всё моё дело — это эмоциональная реакция какого-то эфэсбешника // 5 июля 2019 года, Meduza Сергей Лютых. Россиянка хотела понять, почему анархист взорвал себя в ФСБ. Лишь за это ей грозит тюрьма // 21 октября 2019 года, Lenta.ru Александр Черных. Обвинённая в «оправдании терроризма» журналистка заявила о «мести силовиков» // 2 октября 2019 года, :ru:Коммерсантъ Ирина Тумакова. 7 лет колонии грозит журналистке Светлане Прокопьевой за высказывание о том, что репрессии плодят радикалов // 2 октября 2019 года, :ru:Новая газета // видеоканал «7x7» на видеохостинге YouTube
// видеоканал радиостанции «Эхо Москвы» на видеохостинге YouTube
Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Azadlıq Radiosunun əməkdaşları Kateqoriya:Rusiya publisistləri