Süni İntellekt Təhlükəsizlik İnstitutu () — Birləşmiş Krallıqın Elm, İnnovasiya və Texnologiyalar Departamentinə tabe olan tədqiqat təşkilatıdır. İnstitutun məqsədi "hökumətləri qabaqcıl süni intellektin yaratdığı risklər barədə elmi biliklə təmin etmək"dir. O, süni intellektlə bağlı risklər üzərində tədqiqat aparır, onların azaldılması üçün tədbirlər hazırlayır və sınaqdan keçirir. Əvvəllər təşkilat Süni İntellekt Təhlükəsizliyi İnstitutu () adlanırdı. İnstitutun yaradılması 2023-cü ildə Bletçli Parkda keçirilən ilk iri Süni İntellekt Təhlükəsizliyi Sammitindən sonra baş vermişdir.
İnstitutun bəyan edilmiş missiyası "qabaqcıl süni intellekt riskləri və onların həlli yolları üzrə dünyada aparıcı elmi anlayış formalaşdırmaq və bunun əsasında hökumətlərə ictimai təhlükəsizliyin təmin edilməsində kömək etmək"dir. Təşkilat dövlət qurumu olsa da, "dövlətin səlahiyyətlərini özəl sektorun çevikliyi və ekspertizasiyası ilə birləşdirən" startap modeli əsasında fəaliyyət göstərmək üçün yaradılmışdır.
AISI, Anthropic, Google və OpenAI ilə onların modellərini buraxılışdan əvvəl təhlükəsizlik baxımından sınaqdan keçirmək üçün əməkdaşlıq sazişləri bağlamışdır. İnstitut həmçinin şirkətlərə, hökumətlərə və akademik qurumlara süni intellekt sistemləri üçün standartlaşdırılmış təhlükəsizlik testləri aparmağa imkan verən açıq mənbəli Inspect platformasını hazırlamışdır. AISI-nin fəaliyyətləri sırasında bioloji silahların hazırlanmasına şərait yarada biləcək bir neçə ciddi zəifliyin aşkar edilməsi də yer alır. Bu zəifliklər müvafiq model istifadəyə verilməzdən əvvəl aradan qaldırılmışdır.
İnstitut süni intellektin müxtəlif tətbiq sahələri üzrə tədqiqatlar aparır. AISI-nin araşdırmalarından biri göstərmişdir ki, siyasi inandırıcılığı artırmaq məqsədilə sonradan təlimləndirilmiş böyük dil modelləri (LLM) sistematik şəkildə daha az dəqiq cavablar vermiş, eyni zamanda siyasi mövzularda istifadəçiləri inandırmaq qabiliyyətini 51%-ə qədər artırmışdır.
AISI həmçinin süni intellektdən emosional dəstək məqsədilə istifadəni də araşdırmışdır. Tədqiqat nəticələrinə görə, Birləşmiş Krallıq vətəndaşlarının təxminən 10%-i hər həftə chatbotlar kimi sistemlərdən emosional məqsədlərlə istifadə edir. İnstitutun 2025-ci ilin dekabrında dərc etdiyi Frontier AI Trends Report hesabatında qeyd olunmuşdur ki, "sistemlər artıq elmi bilik testlərində PhD səviyyəli tədqiqatçıları üstələyir və qeyri-mütəxəssislərə əvvəllər mümkün olmayan laboratoriya işlərini uğurla yerinə yetirməyə kömək edir".AISI. Frontier AI Trends Report . December 2025. retrieved on 20 February 2026
Qurumun müvəqqəti direktoru GCHQ-nun keçmiş baş süni intellekt direktoru Adam Bomontdur (Adam Beaumont). Birləşmiş Krallığın baş nazirinin süni intellekt üzrə müşaviri Ceyd Lınq (Jade Leung) isə institutun baş texnologiya direktorudur.
Həmçinin bax Alan Türinq İnstitutu – Birləşmiş Krallıqda məlumat elmi və süni intellekt üzrə tədqiqat institutu
İstinadlar
Kateqoriya:Süni intellekt