Bozdağ Film — 2016-cı ildə Türk ssenarist, prodüser və rejissor Mehmed Bozdağın rəhbərliyi altında təsis edilmiş kino şirkətidir.

Tarixçə Serial, bədii film, televiziya filmi və sənədli film janrlarında layihələr istehsal edən Bozdağ Film, yarandığı gündən bəri bir çox fərqli istehsal həyata keçirib. İdarə heyətinin sədri prodüser və ssenarist kimi fəaliyyəti ilə tanınan Mehmed Bozdağdır.

Bozdağ Film, sənayedə tez-tez xatırlanan rejissorlar, ssenaristlər və aktyorlarla işləməklə yanaşı, əvvəllər heç vaxt adlarını eşitmədiyimiz bir çox insana istehsal prosesinin müxtəlif mərhələlərində işləmək imkanı da verib. Bozdağ Film, xalqın qəlbində yer qazanmağı və yaratdığı istehsallarla iz qoymağı hədəfləyir.

Bozdağ Film 140 hektarlıq ərazidə Türkiyənin ən böyük istehsal müəssisəsi və peşəkar istehsal, sənət və səhnə dizaynı qrupları, çoxsaylı müstəqil işçiləri ilə kino və televiziya sənayesinə rəhbərlik edir. "Mehmetçik: Böyük Zəfər", "Quruluş Osman", "Mən Cəlaləddinəm", "Dastan", "Al Sancaq", "Alov Quşları", "Küçük Dahi: İbn Sina", "Bir Sevdadır", "Əziz Mahmud Hüdayi: Eşqin Səyahəti", "Bir Zamanlar İstanbul", "Quruluş Orxan", "Eşq və Taxt", "Çılğın İxtiraçı Əl-Cəzari" və "Bir Həyat Hekayəsi", kimi layihələrlə serial sektoruna yeni bir ölçü gətirdi. Sektorunun beynəlxalq liderləri arasında yer alan Bozdağ Filmin ilk və tək bədii filmi olan "Türklər Gəlir: Ədalətin Qılıncı" 40 ölkədə nümayiş etdirilib.

Filmoqrafiya İl İstehsal Növü 2018-2019 Mehmetçik: Böyük Zəfər Teleserial 2019-2025 Quruluş Osman 2020 Türklər Gəlir: Ədalətin Qılıncı Bədii film 2021-2022 Dastan Teleserial 2021-2023 Mən Cəlaləddinəm Teleserial / İnternet serialı 2023 Al Sancaq Teleserial 2023-2024 Alov Quşları 2023- Kiçik Dahi: İbn Sina İnternet serialı 2024 Bir Sevdadır Teleserial Əziz Mahmud Hüdayi: Eşqin Səyahəti 2025 Bir Zamanlar İstanbul 2025-2026 Quruluş Orxan 2026- Eşq və Taxt Tezliklə Çılğın İxtiraçı Əl-Cəzari İnternet serialı Tezliklə Bir Həyat Hekayəsi Teleserial

Xarici keçidlər

Mənbə

Kateqoriya:2016-cı ildə yaranan şirkətlər Kateqoriya:2016-cı ildə yaradılmış təşkilatlar Kateqoriya:2016-cı ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə film şirkətləri Kateqoriya:Türkiyə şirkətləri