İmam (; ) — Əhməd ibn Hənbəl haqqında çəkilmiş serialı film.

Ümumi məlumat Seriyal Əhməd ibn Hənbəlin gəncliyindən, təhsil almasından, Mihnə hadisələri vaxtı işkəncə görməsindən və həyatının başqa məqamların bəhs edir.

Seriyalın rejissoru Əbdülbari Əbül-Xeyir, ssenari müəllifi isə Məhəmməd əl-Yusaridir.

Seriyal Mardin, İstanbul və Livanda çəkilmişdir. Serialın nümayişinə 2017-ci ildə başlanmışdır.

Əhmed ibn Hənbəlin seriyalın əsas obrazı kimi seçilməsi onun İslam tarixində və dini elmlərdə mühüm mövqeyi ilə əlaqələndirilmişdir. Layihənin yaradıcılarından olan Məhəmməd əl-Uneyzinin bildirdiyinə görə, bu seçimə təsir edən əsas amillərdən biri onun Abbasilər dövründə Quranın məxluq (yaradılmış) olduğu fikrini müdafiə edənlərə qarşı çıxması və bu mövqeyinə görə təxminən 5 il işgəncəyə, 12 il isə ev dustaqlığına məruz qalması olmuşdur. Həmçinin, Əhməd ibn Hənbəlin dörd sünni fiqh məzhəbinin sonuncu imamı olması serialda ondan əvvəl yaşamış üç məzhəb imamının həyatından, eləcə də həmin dövrdə baş vermiş mühüm tarixi hadisələr və müharibələrdən də bəhs etməyə imkan yaratmışdır.

Aktyorlar Seriyalda 20-dən çox aktyor müxtəlif tarixi şəxsiyyətləri canlandırmışdır. Əsas rolları Mehyar Xəddur (Əhməd ibn Hənbəlin gəncliyi) və Akif Nəcim (Əhməd ibn Hənbəl) ifa etmişdir.

Seriyaları Seriyal 1 mövsüm və 31 seriyadan ibarətdir.

İstinadlar

Kateqoriya:2017-ci ilin teleserialları Kateqoriya:2017-ci ildə bitən teleseriallar