thumb|Fuci dağı Yaponiyanın mədəni simvolu kimi qiymətləndirilir. Mədəni simvol — müəyyən bir mədəniyyətin nümayəndələri tərəfindən həmin mədəniyyəti təmsil edən şəxs və ya artefakt kimi qəbul edilən şəxsə və ya əşyaya verilən ad. Eyniləşdirmə prosesi subyektiv xarakter daşıyır və "simvollar"ın həmin mədəniyyətin həqiqi simvolu hesab olunma dərəcəsinə görə qiymətləndirilir. İnsanlar mədəni simvolu qəbul etdikdə, onu təmsil etdiyi mədəni kimlik haqqında ümumi təsəvvürləri ilə əlaqələndirirlər. Mədəni simvollar başqa mədəniyyətin nümayəndələri tərəfindən də müəyyən bir mədəniyyətin adət-ənənələrinin, dəyərlərinin və həyat tərzinin həqiqi təmsilçisi kimi qəbul edilə bilər.

Nümunələr thumb|upright|Qırmızı telefon köşkü Britaniyanın mədəni simvollarından biridir. "Canadian Journal of Communication" jurnalına görə, elmi ədəbiyyatda aşağıdakıların hamısı mədəni simvol kimi təsvir edilmişdir: Şekspir, Opra, Betmen, "Qrin Qeyblz malikanəsinin qızı Anni", kovboy, 1960-cı illərin qadın pop müğənnisi, at, Las-Veqas, kitabxana, Barbi kuklası, DNT və New York Yankees. 2006-cı ildə internet əsaslı sorğu təşkil olunaraq ictimaiyyətə İngiltərənin milli simvolları hesab etdikləri nümunələri irəli sürmək imkanı verilmişdi. Nəticələr ingilis mədəniyyətinə ingilislərin baxışı ilə əlaqələndirilən müxtəlif növ simvolların mövcudluğunu göstərdi. Bu simvollardan biri də qırmızı rəngli, ikimərtəbəli AEC Routemaster London avtobusu idi.British Postal Museum & Archive: Icons of England . Retrieved 15 December 2012.

Matryoşka kuklaları beynəlxalq aləmdə Rusiyanın mədəni simvolları kimi qəbul edilir. Keçmiş Sovet İttifaqında isə oraq və çəkic rəmzi, eləcə də Vladimir Leninin heykəlləri ölkənin ən tanınmış mədəni simvollarını təmsil edirdi.

Milli simvollar rejimə qarşı çıxan və ya onu tənqid edən şəxslərin hədəfinə çevrilə bilər. Buna misal olaraq, kommunizmin süqutundan sonra Şərqi Avropada izdihamın Lenin heykəllərini dağıtmasını və ya ABŞ-ın xaricdəki siyasətinə etiraz əlaməti olaraq ABŞ bayrağının yandırılmasını göstərmək olar.

Dinlə mədəniyyətin sıx şəkildə əlaqəli olduğu cəmiyyətlərdə dini simvollar da mədəni simvollara çevrilə bilər. Buna misal olaraq, katolik ənənələrinin güclü olduğu cəmiyyətlərdə Məryəm Ananın təsvirlərini göstərmək olar. İstinadlar

Kateqoriya:Kütləvi mədəniyyət Kateqoriya:Mədəniyyət tarixi