Oldenburqlu Aleksandra Petrovna (; ; ) — Oldenburq şahzadəsi Pyotrun böyük qızı, böyük knyaginya.

1838-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Oldenburq şahzadəsi Pyotr, anası isə alman əsilli Nassaulu Terezadır. Ailəsi alman əsilli Hoşteyn-Qottorp sülaləsinə mənsub olsa da, Rusiyada böyüyüb boya-başa çatmışdı. Çünki onun atası Şahzadə Pyotr, çar I Pavelin qızı Yekaterina Pavlovnanın sağ qalan yeganə oğlu idi. Mehriban ailə daxilində böyüyən Şahzadə Aleksandra rus, alman, ingilis və fransız dillərində təhsil aldı. Musiqi, rəsm və rəqs dərsləri aldı. 1848-ci ildə Aleksandra və kiçik qardaşı Nikolayı Visbaden və Oldenburqdakı qohumlarının yanına göndərdilər. Bir müddət burada yaşadılar.

Valideynlərinin ən böyük övladı idi və bu səbəblə, mühüm evlilik planları aparılırdı. 25 oktyabr 1855-ci ildə Aniçkov sarayında atasının dayısı olan çar I Nikolayın üçüncü oğlu Nikolay Romanovla nişanlandı. Lüteran məzhəbinə uyğun təlim-tərbiyə alan Aleksandra 7 yanvar 1856-cı ildə baş tutan dini mərasimlə pravoslav məzhəbini qəbul etdi və Aleksandra Petrovna adını aldı. 6 fevral 1856-cı ildə Peterhof sarayında baş tutan toy mərasiminin ardından Qış sarayında ziyafət verildi. Ancaq böyük knyaz bu evlilikdə könülsüz idi və 2 övladının olmasına baxmayaraq nigahdan kənar münasibətləri oldu.

Nikolay Nikolayeviç Romanov Pyotr Nikolayeviç Romanov 1870-ci illərin sonunda artıq cütlük bir-birini görməkdən imtina edirdi. Böyük knyazın nigahdan kənar münasibətlərindən biri Krasnoye selo teatrının balerinası Yekaterina Çislova ilə baş tutdu. Belə ki, onun bu münasibətindən 5 övladı doğuldu və sonradan onlara Nikolayev soyadı verildi. Ərinin nigahdan kənar övladlarına soyadını verməsinə etiraz etsə də, çar II Aleksandr onun bu etirazına məhəl qoymadı. Nəhayət, 1879-cu ildə böyük knyaz Nikolay Romanov xanımını sədaqətsizliklə günahlandıraraq saraydan uzaqlaşdırdı. Oldenburq ailəsinin Sankt-Peterburqdakı iqamətgahında yaşamağa başlayan Aleksandra həmin il keçirdiyi qəzada ağır yaralandı. Çar II Aleksandr isə cütlüyü barışdırmaq əvəzinə Aleksandra və 2 oğlunu İtaliyaya göndərdi. Burada uzun müddət müalicə olundu. Ancaq 1881-ci ilin yanvarında böyük knyaz oğullarını geri gətirtdi. Həmin ilin martında baş tutan sui-qəsdlə II Aleksandr öldürüldü və taxta çıxan oğlu III Aleksandr dərhal sürgün qərarını ləğv etdi. Əmisini bütün vəzifələrdən uzaqlaşdırdı və Aleksandranı dərhal Sankt-Peterburqa gətirtdi. Ancaq burada çox qalmadı və Kiyevə göndərildi. Burada Mariinski sarayında məskunlaşdı. Ərindən boşanmaqdan imtina etsə də, onunla bir daha barışmadı. Yatağa bağlı halda qalan Aleksandra qalan illərini dini ayinlərlə keçirdi. 3 noyabr 1889-cu ildə rahibə Anastasiya adını alaraq monastıra qapandı. Bu dövrdə ərinin və onun məşuqəsinin ölümlərinə şahid oldu.

1892-ci ilin mayında uğurlu süd vəzi xərçəngi əməliyyatı keçirdi. 26 aprel 1900-cü ildə Kiyevdə vəfat etdi. Mədə xərçəngindən əziyyət çəkirdi. Monastır məzarlığına dəfn edildi. 1950-ci illərdə məzarı Lukyanovski məzarlığına daşındı.

Mənbə

Ədəbiyyat

Belyakova, Zoia, The Romanov Legacy : The Palaces of St. Petersburg, Hazar Publishing, 1994, . Galaktionova, Irene W. A Life of Servitude: Grand Duchess Alexandra Petrovna. Royal Russia. N 5, 2014. . McIntosh, David. The Russian Oldenburgs, in Royalty History Digest. Zeepvat, Charlotte. Patriots and just Men, in Royalty History Digest. Zeepvat, Charlotte. Djulber, in Royalty History Digest. September 1999. N 9, Volume IX, N 3. Zeepvat, Charlotte. The Camera and the Tsars. Sutton Publishing, 2004, .

İstinadlar