Təbsirətül-Ədillə () — Əbül-Muin ən-Nəsəfinin (v. 1115) kəlam sahəsinə aid əsəri.

Əsər

Adlanma Mənbələrdə əsərin adı müxtəlif formalarda qeyd edilmişdir. Ləknəvi, Qureyşi və Karl Brokkelman əsərin adını "Təbsirətül-Ədillə" kimi göstərmişdir. Katib Çələbi əsərin adını "Təbsirətül-Ədillə fil-kəlam" kimi qeyd etmişdir. Bağdadlı İsmayıl Paşa isə əsərə "Təbsirətül-Ədillə fi elmil-kəlam" adını vermişdir. Sonrakı bəzi tədqiqatlarda, eləcə də əsərin nəşrlərində müxtəlif adlardan istifadə edilməsinin səbəbi müəllifin kitabının adını açıq şəkildə göstərməməsidir. Lakin əsərə edilən istinadlar və onu Nurəddin əs-Sabunidən birbaşa nəql edən Fəxrəddin ər-Razinin rəvayəti əsasında kitabın əsl adının "Təbsirətül-Ədillə" olduğu məlum olmuşdur.

Quruluş Əsər qısa bir müqəddimədən və qırx beş bəbdən (hissə) ibarətdir.

Məzmun Əsər əsasən elm, bilik nəzəriyyəsi, ilahiyyat (Allahın varlığı, sifətləri, Quranın məxluq olub-olmaması, röyatullah), nübüvvət (peyğəmbərlik) və möcüzələr mövzularını əhatə edir.

Bununla yanaşı, qədər, insan iradəsi, iman, şəfaət, qəbir əzabı və axirət məsələləri geniş şəkildə müzakirə olunur.

Əsərin son hissəsində isə imamət mövzusu və bu sahədəki kəlam görüşlər izah edilir.

Əlyazma Əsərinin, başda İstanbul olmaqla, müxtəlif yerlərdəki kitabxanalarda əlyazma nüsxələri mövcuddur.

Nəşr Əsərin ilk elmi nəşri Məhəmməd əl-Ənvər Həmid İsa tərəfindən doktorluq dissertasiyası kimi hazırlanmışdır.

Əsər daha sonra Klod Salame tərəfindən, həmçinin Hüseyn Atay tərəfindən nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

Mənbə

İstinadlar

Ədəbiyyat