"Avanti!"yə hücum — 15 aprel 1919-cu ildə Milanda baş vermiş hadisə. Burada milliyyətçilər, futuristlər, arditi və faşistlərin nümayəndələri tərəfindən "Avanti!" sosialist qəzetinin redaksiyasına hücum edilmişdir.

İtaliyada "qırmızı ikiillik" dövrünün zorakı şəraitində baş verən bu hadisə bir tərəfdən sosialist və anarxist nümayişçilər, digər tərəfdən isə milliyyətçi əks-nümayişçilər, arditi, futuristlər və yeni yaradılmış İtaliya Mübarizə Dəstələrinin nümayəndələri arasında baş verən toqquşmaların kulminasiya mərhələsini təşkil etmişdir. Sonuncular bu cür skvadrist tipli aksiya ilə ilk dəfə olaraq milli səviyyədə tanınma əldə etmişdilər.Giordano Bruno Guerri, Fascisti, Le Scie Mondadori, Milano, 1995, pag. 70

Romada milliyyətçi nümayiş 10 aprel 1919-cu ildə Romada sosialistlər tərəfindən Paris Sülh Konfransına etiraz olaraqNicola Tranfaglia, Il fascismo e le guerre mondiali, UTET, 2011, pag.88 ümumi siyasi tələblərlə tətil elan edilmişdir.Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag 366: "Proclamato per generiche ragioni politiche" Romada bu zəmində icazəsiz yürüş başlamış və süvari hücumları ilə dağıdılmışdır.

Axşam saatlarında İtaliya Milliyyətçi Assosiasiyası tərəfindən əks-nümayiş təşkil olunmuşdur. Qaetano Salvemininin qeyd etdiyi kimi, başlama vaxtı ictimai nəqliyyatın tətilindən əziyyət çəkən nazirlik əməkdaşlarının nümayişə qoşulmasını təmin etmək məqsədilə məharətlə seçilmişdir.Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pagg. 366-367: "La contromanifestazione era stata fissata a Piazza Colonna per le ore 18, «proprio l'ora - come sottolinea Salvemini - in cui gli impiegati dei ministeri uscivano dagli uffici e non trovavano tram per andare a casa»". Bunun ardınca Kralı və Ordunu tərənnüm edən əzəmətli bir yürüş baş tutmuş, müharibə veteranlarını və əlilləri zəfərlə müşayiət edən kütlə Müharibə naziri general Enriko Kavilya tərəfindən qəbul edilmişdir. Roberto Vivarellinin fikrinə görə, Romadakı antisosialist nümayiş bir neçə gün sonra Milan milliyyətçilərini Milanda da analoji əks-nümayiş keçirmək qərarına sövq etmişdir.Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag 367

Milandakı nümayişlər 13–15 aprel 1919-cu il tarixləri arasında Milanda baş verən nümayişlər daha zorakı xarakter daşımışdır. Aprelin 13-də sosialistlərin Qarilyano küçəsində təşkil etdiyi mitinq polis tərəfindən vaxtından əvvəl güc tətbiq edilərək dağıdılmışdır. Nümayişçilər daş ataraq və dəyənəklərlə cavab vermişdilər. Polis komissarının atəş əmri verməsi nəticəsində məzuniyyətdə olan hərbçi, fəhlə Covanni Qreqotti başından güllə yarası alaraq həlak olmuş, digər nümayişçilər isə yaralanmışdılar.Mimmo Franzinelli, Squadristi. Protagonisti e tecniche della violenza fascista 1919-1922, Mondadori, Milano 2003, p. 279.

İtaliya Sosialist Partiyası etiraz olaraq 15 aprel 1919-cu il tarixi üçün ümumi tətil elan etmiş və Partiyanın bəyanatında bildirildiyi kimi "polisin üsullarına qarşı ləyaqətli etiraz xarakteri daşıyan" mitinqin Arena Sivikada keçirilməsini planlaşdırmışdır. Sonradan polis baş müfəttişi Covanni Qastinin apardığı təhqiqatda vurğulandığı kimi, bu yeni nümayiş bir çox dairələr tərəfindən "meydan oxuma və qorxutma aktı" kimi qiymətləndirilmişdir. Bu vəziyyət vətənpərvər təşkilatları və milliyyətçi dərnəkləri "şəhər əhalisini nizam-intizam partiyalarının gücü və həmrəyliyinə inandırmaq, sosialistlərə isə özlərini şəhərin sahibi hesab etməmələri barədə xəbərdarlıq etmək məqsədilə təntənəli nümayiş" keçirməyə vadar etmişdir.citazione riportata in Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 369

Milliyyətçilərin Milanın mərkəzində yürüş etmək niyyətində olduğunu öyrənən sosialistlər analoji tələblə çıxış edərək bildirmişdilər ki, əgər milliyyətçilər təntənəli siyasi nümayiş keçirəcəklərsə, onlar kütlələri şəhər mərkəzinə yönəldərək eyni xarakterli cavab nümayişi təşkil edəcəklər.Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 370 Narahat olan prefekt Antibolşevik Liqasının prezidenti Pezentini nümayişi qeyri-müəyyən tarixədək təxirə salmağa razı salmış, sosialistlər isə mitinqin sakit keçəcəyinə zəmanət vermişdirlər. Əsas natiqlər Klaudio Treves və Luici Repossi olmuş, bütün nümayiş insidentsiz baş tutmuşdur. Hətta toplanan kütlə anarxist bir natiqin çıxış etməsinə mane olmuşdur. Yekunda natiqlər ictimaiyyəti dinc şəkildə evlərinə dağılışmağa dəvət etmişdilər,cfr. Gli "Arditi" devastano lAvanti! di Milano, relazione interna del PSI riportata in Enzo Biagi, Storia del fascismo, Vol. 2, Sadea-Della Volpe Editori, Firenze, stampa Milano, 1964, pag. 53 lakin ehtiyat edildiyi kimi, yürüşdə birləşən bir neçə yüz nəfər inqilabi rəmzlər qaldıraraqRoberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 370: "Tuttavia, alcune centinaia di scioperanti, ostentando simboli rivoluzionari e armati di improvvisati randelli, si raccolsero in due gruppi avviandosi verso il centro..." və dəyənəklər nümayiş etdirərək mərkəzə doğru hərəkət etmişdir.Nicola Tranfaglia, Il fascismo e le guerre mondiali, UTET, Torino, 2011, pag. 89 Mimmo Fransinellinin qeyd etdiyinə görə, əsasən anarxistlərdən ibarət olan bu yürüş Pyatsa-del-Duomoya doğru yönəlmişdir.

Hücum Bu arada nəzərdə tutulan milliyyətçi nümayişin ləğv edilməsinə baxmayaraq, sansepolkristlər Ferruçço Vekki və Filippo Tommazo Marinettinin rəhbərlik etdiyiRoberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 371 arditi və futuristlərdən ibarət kiçik bir qrup Pyatsa-del-Duomoda tək-tək toplanmış və oradan artıq iki yüzə yaxın milliyyətçinin, demək olar ki, bütünlüklə veteranlar və tələbələrin toplaşdığı Pyatsa-del-Kavura gəlmişdirlər. Beləliklə, Pyatsa-del-Kavurdan Pyatsa-del-Duomoya doğru hərəkət edən bir yürüş sütunu formadaşmışdır. Şəhər mərkəzində hərəkət edən və hər ikisi icazəsiz olan milliyyətçi və sosialist yürüşləri ilə qarşılaşan polis onların təmasda olmaması üçün maneələr törətmişdir. Milliyyətçi yürüş iki yerə bölünmüş və yalnız kiçik bir hissəsi Pyatsa-del-Duomoya çataraq Alçeste de Ambrisin və liberal Kandianinin mitinqinə qatılmışdır. Sosialist yürüşünün də iki hissəyə bölünməsi nəticəsində yalnız ön tərəfi Pyatsa-del-Duomoya çox yaxın olan Merkanti küçəsinə çata bilmişdir.Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pagg. 371-372

Hüquq-mühafizə orqanları yeni canlı sədlər qurmuşdur, lakin iki qarşı tərəf bu sədləri aşaraq toqquşmuş və leytenant Mario Kiezanın başçılıq etdiyi Politexnik İnstitutunun zabit müdavimlərindən ibarət milliyyətçilər üstünlük təşkil etmişdilər.Nicola Tranfaglia, Il fascismo e le guerre mondiali, UTET, 2011, pag. 89: "Malgrado l'intervento di carabinieri e truppe dell'esercito che accorsero sui luoghi dello scontro, le opposte parti si affrontarono ed ebbero facilmente la meglio gli arditi e i nazionalisti" Silahlı olan milliyyətçilər tapança atəşləri ilə rəqiblərini püskürtmüşdülər. Toqquşmalarda üç fəhlə həlak olmuşdur: 19 yaşlı gənc sosialist Tereza Qalli, 18 yaşlı Pyetro Bonyi və 16 yaşlı Cuzeppe Luççioni baş nahiyələrindən güllə yarası almışdılar. Otuza yaxın şəxs isə yaralanmışdır.Gli "Arditi" devastano lAvanti! di Milano, relazione interna del PSI riportata in Enzo Biagi, Storia del Fascismo vol. 1, Edizione Sadea-Della Volpe, 1964, pp. 53 e 54. Rəqiblərini bu şəkildə qaçmağa vadar edən milliyyətçilər hücumu davam etdirərək Dante küçəsində dayanan nümayişçiləri darmadağın etmiş və onları Sforzesko qəsrinə qədər təqib etmişdilər.Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 372

Yürüşü yenidən təşkil edən nümayişçilər Kieza, Marinetti və Vekkinin rəhbərliyi ilə yüzə yaxın hərbçidən ibarət canlı sədlə əhatə olunmuş San Damyano küçəsindəki "Avanti!" redaksiyasına doğru hərəkət etmişdilər. Hüquq-mühafizə qüvvələri nümayişçilərin təzyiqinə müqavimət göstərmişdilər, lakin böyük ehtimalla "Avanti!" pəncərələrindən açılan tapança atəşi nəticəsindəSecondo l'inchiesta Gasti, citata in Roberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 372: "Su tale circostanza - che cioè il colpo sia partito dalle finestre dellAvanti! - , sono concordi le molte testimonianze raccolte e si ha fondato motivo di ritenere che l'autorità giudiziaria sia giunta ad identica conclusione nella sua istruttoria, che peraltro è tuttora segreta". Osserva ancora Vivarelli, loc. cit., pag. 373: "Tuttavia il Corriere della Sera del 19 aprile 1919, scriveva invece che l'istruttoria sull'assalto al quotidiano socialista escludeva che colpi di rivoltella fossero stati sparati dalla stessa sede dellAvanti!" təhlükəsizlik səddində xidmət edən hərbçilərdən Martino Speroni həlak olmuşdur.<ref> Bu məqamda hərbçilər mövqelərini arditilərə güzəştə getmiş və qismən onların təzyiqi altında qalmışdırlar. Arditi kapitanı Ferruçço Vekkinin rəhbərlik etdiyi skvadristlər binaya hücum etmiş, binadakılar isə tapança ilə qısa müqavimət göstərdikdən sonra qaçmışdırlar.Secondo La Stampa del 16 aprile 1919, p. 4, uno degli assalitori, riuscito a raggiungere un balcone, sarebbe stato respinto cadendo in un naviglio Mimmo Fransinellinin qeydinə əsasən, hücum zamanı "üç sosialist" — Pyetro Bonyi, Cuzeppe Luççioni və Ambroco Frankina öldürülmüşdür, lakin İtaliya Sosialist Partiyasının hadisələrdən dərhal sonra hazırladığı daxili hesabatda Bonyinin Dante küçəsindəki toqquşmalarda öldürülən bir mülki şəxs, Luççioninin isə qeyri-müəyyən şəraitdə həlak olmuş bir əsgər olduğu bildirilmişdir. Skvadrist və futurist Edmondo Dakvannonun sözlərinə görə, "Avanti!"yə hücum zamanı binadakılar San Damyano küçəsindən uzaq olan başqa bir çıxışdan qaçmış və arditilər boş binanı darmadağın etmişdilər.Edmondo Daquanno, Vecchia Guardia, ed. anastatica, Ciclostile, 2016, p. 46

"Avanti!" redaksiyası dağıdılmış, arditilər avadanlıqları məhv etmiş və binanı yandırmışdılar. Qəzetin taxta lövhəsini götürənRoberto Vivarelli, Storia delle origini del fascismo, volume I, Il Mulino, 2012, pag. 373 və "Avanti! artıq yoxdur" ifadəsini təkrar edən nümayişçilər Pyatsa-del-Duomoya qayıtmış və yürüş sütunu burada dağılışmışdır.

Sosialist qəzetinin redaksiyasından qarət edilmiş bəzi əşyalar həmin gün "Il Popolo d'Italia" redaksiyasında Benito Mussoliniyə hədiyyə olunmuşdur.

Şəhərdə müharibə vəziyyəti elan edilmişdir. Sosialist rəhbərliyi təmkinli olmağı və yeni insidentlərdən qaçmağı tövsiyə etmişdir. Hüquq-mühafizə qüvvələri bəzi kortəbii etiraz nümayişlərini güclə dağıtmış və Loreto meydanında toplaşmaq qadağasını pozan yetmiş beş fəhləni həbs etmişdir. Sosialist Partiyası tərəfindən elan edilmiş tətil 16 aprel tarixində başa çatmışdır.

"Avanti!" ictimai ianə toplanması kampaniyasına başlamış və bu, üç həftədən az bir müddətdə qəzetin müvəqqəti vasitələrlə yenidən nəşr olunmasına imkan yaratmışdır. Qəzetin yeni binasının açılışı 1 may 1920-ci il tarixində böyük xalq nümayişi ilə baş tutmuşdur.

Milan prefektinin bildirdiyinə görə, həmin günlərdə radikal sosialist ünsürlər Mussolininin qətlini planlaşdırmışdılar.