Dakeşvari milli məbədi (; ) — Banqladeşin Dəkkə şəhərində yerləşən hinduizm məbədi. Dövlət mülkiyyətində olan bu məbəd Banqladeşin "Milli Məbədi" statusunu daşıyır. "Dakeşvari" (ঢাকেশ্বরী Dhakeshshori) adı "Dakka İlahəsi" mənasını verir. 1971-ci ildə Banqladeş istiqlal müharibəsi zamanı Ramna Kali Mandir məbədinin Pakistan Ordusu tərəfindən dağıdılmasından bəri Dakeşvari məbədi Banqladeşdəki ən mühüm hindu ibadətgahı hesab olunur. Bura eyni zamanda Banqladeşin ən böyük hindu məbədidir. Məbəd Hindistan yarımadasındakı məşhur Şakti Peeta ziyarətgahlarının bir hissəsidir.
İstinadlar
Kateqoriya:Banqladeşin milli simvolları