Dil daşıyıcısı (Mütəxəssislər arasında daha çox terminin ingilis dili variantı olan spiker () və ya neytiv-spiker ifadələri işlədilir ().) — dil normalarını bilən, gündəlik ondan fəal surətdə məişətdə, sosial-mədəni və peşəkar münasibətlərdə istifadə edən dil cəmiyyətinin nümayəndəsi. O həm ana dil nümamayəndəsi, həm həmin dili yüksək səviyyədə bilən şəxs ola bilər. Elmin dil daşıyıcıları ilə iş sahəsinə çöl linqvistikası deyilir.
Dil daşıyıcıları kriteriyaları Elmdə tam dil daşıyıcılarının müəyyənləşdirilməsi üçün müəyyən kriteriyalar vardır: dili körpə vaxtı dil daşıyıcıları olan valideynlərindən öyrənib, intuitiv şəkildə dilin incəliklərini başa düşür, sürətli danışığı bacarır, dilin ləhcələri onun üçün problem yaratmır, özünü dil icmasının üzvü hesab edir, aksentsiz danışır.
Əgər fərd bu kriteriyaların bir qisminə cavab verirsə, onda o "dil daşıyıcısına yaxın" hesab edirlər ().
Ölməkdə olan dil daşıyıcılarına bir qayda olaraq bu kriteriyalar tətbiq edilmir, çünki, dil inkişafı və yeni nəsillərə ötürülməsi üçün müvafiq şərait yoxdur.
Həmçinin bax Dil Ana dili Bilinqualizm Dilin qorunma dərəcəsi Dilin sonuncu daşıyıcıları
Ədəbiyyat Lee, Joseph. The Native Speaker: An Achievable Model? // Asian EFL Journal. — Т. 7, № 2. Grinevald, Colette; Bert, Michel (2011). The Cambridge Handbook of Endangered Languages. Dorian, N. C. (1977). The problem of the semi-speaker in language death. Linguistics, 15(191), 23-32. Dorian, N. C. (1980). Language shift in community and individual: The phenomenon of the laggard semi-speaker. International Journal of the Sociology of Language, 1980(25), 85-94. Азимов, Э. Г. Словарь методических терминов / Э. Г. Азимов, А. Н. Щукин.
İstinadlar
Kateqoriya:Sosiolinqvistika