Ədəbiyyat ensiklopediyası () — SSRİ-də 1929-cu ildən nəşr olunan ensiklopediya; nəşri 1939-cu ildə 11-ci cild işıq yüzü gördükdən sonra (sonuncu məqalə — "Fortequerri") dayandırılmışdır. Sonradan təkrar nəşr olunmamışdır; Fundamenal Elektron Kitabxananın saytında elektron formada yerləşdirilmişdir.

Ensklopediyada ümumilikdə 10 mindən çox məqalə yer alır. Bunların arasında milli dillər və ədəbiyyat, milli ədiblərin yaradıcılığı, ədəbi məktəblər, cərəyanlar, istiqamətlər haqqında məqalələr verilmiş, ədəbi anlayışlar və s. ətraflı təsvir edilmişdir.

Nəşr tarixi Ensiklopediya aşağıdakı nəşriyyatlarda işıq yüzü görmüşdür: Kommunist Akademiyası nəşriyyatı (1–5-ci cildlər); "Sovet Ensiklopediyası" (6–9-cu cildlər); "Bədii ədəbiyyat" (10–11-ci cildlər). Cild № Məqalələr İl 1 Abay — Bıvalov 1930 2 Bılinalar — Qriboyedov 1929 3 Qriqoroviç — Dyalski 1930 4 İncil — İşki 1930 5 Qaani — Küxelbeher 1931 6 La Bart — Marks 1932 7 Marlinski — Alman ədəbiyyatı 1934 8 Alman dili — Plutarx 1934 9 Pnin — Roman 1935 10 Romanov — "Sovremennik" (N. A. Nekrasov və İ. İ. Panayevin jurnalı) 1937 11 Stansalar — Fortequerri 1939 12 Fortunat — Yaşvili — "Ədəbiyyat ensiklopediyası"nın 10-cu cildi 1937-ci ildə çapa hazırlanmış, lakin partiya senzurası tərəfindən buraxılmamışdır (ehtimal olunur ki, narazılığa "Rus ədəbiyyatı" adlı irimiqyaslı məqalə səbəb olmuşdur). Bu cildin çapa yaxın səhifələnmə nüsxəsi ensiklopediyanın iştirakçılarından birinin şəxsi kitabxanasında saxlanılmış və 1991-ci ildə Münhendə reprint üsulu ilə nəşr edilmişdir.

2005-ci ildə ETS Lüğət Nəşriyyatının "Lüğətlər kitabxanası" seriyasında "Ədəbiyyat ensiklopediyası"nın 12 cildlik CD-ROM versiyası işıq üzü görmüşdür. Nəşriyyatçıların bildirdiyinə görə, arxivlərdə "qismən hifz edilib saxlanılmış, qismən isə əlyazma materialları şəklində olan" 10 və 12-ci cildlər onlar tərəfindən bərpa edilmişdir.

Redaksiya heyəti Məlumatlar ensiklopediyanın özünə əsasən verilir (FEB saytında yerləşdirilmişdir). V. Friçenin 1929-cu ildə vəfat etməsinə baxmayaraq (nekroloq 3-cü cilddə dərc olunub), o, 9-cu cildə qədər (1935) redaksiya heyətində göstərilmişdir; 1933-cü ildə vəfat edən A. Lunaçarski (nekroloq 7-ci cilddə dərc olunub) rəsmi olaraq nəşr edilən son cildə qədər (1939) baş redaktor kimi qalmışdır.

Məsul redaktor (1–6-cı cildlər), baş redaktor (7–11-ci cildlər): Vladimir Maksimoviç Friçe (1–2-ci cildlər) Anatoli Vasilyeviç Lunaçarski (3–11-ci cildlər)

Məsul katib (1–5-ci cildlər), elmi katib (6–11-ci cildlər): Osip Martınoviç Beskin (1–5-ci cildlər) Mark Savelyeviç Qelfand (6-cı cild) Yekaterina Nikolayevna Mixaylova (7–11-ci cildlər)

Redaksiya heyəti: İvan Mixayloviç Bespalov (2–4-cü cildlər) Pavel İvanoviç Lebedev-Polyanski Anatoli Vasilyeviç Lunaçarski İvan Ludviqoviç Masa (2–9-cu cildlər) İsaak Markoviç Nusinov Valerian Fyodoroviç Pereverzev (1–3-cü cildlər) Nikolay Alekseyeviç Skrıpnik (1–6-cı cildlər) Vladimir Maksimoviç Friçe (1–9-cu cildlər)

Müəlliflər Ensiklopediyanın yaradılmasında Valentin Ferdinandoviç Asmus, Dmitri Dmitriyeviç Blaqoy, Vera Stepanovna Neçayeva, Bension Meirovits Qrande, Konstantin Nikolayeviç Derjavin, Aleksey Karpoviç Civeleqov, Teodor Markoviç Levit, Yevgeni Dmitriyeviç Polivanov, Nikolay Nikolayeviç Poppe, Maksim Vladimiroviç Serqiyevski, Leonid İvanoviç Timofeyev, İosif Moiseyeviçə Tronski (Trotski), Aleksandr Qriqoryeviç Fomin, Rozaliya Osipovna Şor, Lidiya Moiseyevna Polyak və başqaları fəal iştirak etmişlər.

Müəllif hüququ haqqında Sovet qanunvericiliyinə əsasən, bütövlükdə ensiklopediyanın müəllifi onun nəşriyyatı, konkret məqalələrin müəllifləri isə onların real müəllifləri hesab edilirdi. Buna görə yalnız bəzi məqalələr ictimai mülkiyyətə keçmişdir (xüsusən də imzasız mətnlər və nəşrdən sonra repressiyaya məruz qalmayıb ölümündən sonra bəraət almayan, 22 iyun 1941-ci ildən əvvəl vəfat etmiş müəlliflərin mətnləri).

İstinadlar

Xarici keçidlər Literary Encyclopedia (Russian) Literary Encyclopedia (Russian)

Kateqoriya:Ədəbiyyat ensiklopediyaları Kateqoriya:XX əsrin ensiklopediyaları Kateqoriya:Rus dilində ensiklopediyalar Kateqoriya:Sovet ensiklopediyaları