Orkut Büyükkökten () — türk proqram mühəndisi və sahibkardır. Google şirkətində işlədiyi dövrdə sosial şəbəkə xidməti Orkutu inkişaf etdirmişdir. Orkut sosial şəbəkəsi 2004-cü ildə istifadəyə verilmiş və 2014-cü ilin sentyabrında Google tərəfindən bağlanmışdır.
Büyükkökten Orkutu Google şirkətinin əməkdaşlarına iş vaxtlarının təxminən 20%-ni şəxsi maraq dairələrinə ayırmağa imkan verən şirkət siyasətindən yararlanaraq inkişaf etdirmişdir.
O, orta təhsilini Konya Meram Anadolu Liseyində, bakalavr təhsilini Bilkent Universitetinin kompüter mühəndisliyi fakültəsində almışdır. Daha sonra Stanford Universitetində magistratura və doktorantura təhsili almışdır.
2008-ci ildə Derek Holbrook ilə evlənmişdir.
İstinadlar
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Bilkent Universitetinin məzunları Kateqoriya:Türkiyədə LGBT şəxslər