Fuad Məmməd oğlu Musayev (1983, Bakı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri. Dövlət Məşğulluq Agentliyinin sabiq sədri (2018–2020).
Həyatı Fuad Məmməd oğlu Musayev 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini maliyyə-kredit ixtisası üzrə bitirmişdir. 2007-ci ildə həmin universitetin magistratura pilləsini iqtisadiyyat və idarəetmə ixtisası üzrə başa vurmuşdur.
2000–2018-ci illərdə bank sistemində rəhbər vəzifələrdə çalışmışdır. Daha sonra Dövlət Məşğulluq Xidmətinin rəisi olub.
Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəridir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur. Evlidir, iki övladı var.
İstinadlar