Prussiyalı Valdemar Viktor (; ) — Alman imperatoru III Fridrixin nəvəsi.
Həyatı left|thumb|186x186px|Ailəsiylə birlikdə, 1920-ci il (Soldan sağa: anası Şahzadə İrina, qardaşı Vilhelm Sigismund, atası Şahzadə Henri və özü) 1889-cu ildə Kil, Şlezviq-Holşteyndə dünyaya gəldi. Atası Alman imperatoru III Fridrixin oğlu Şahzadə Henri, anası isə Böyük Hesse hersoqu IV Lüdovikin qızı Şahzadə İrinadır. Adını atasının uşaq yaşda vəfat edən qardaşı Valdemardan almışdır. Doğuşdan hemofiliya xəstəsi idi və bunu nənəsi Kraliça Viktoriyadan miras almışdı.
İlk təhsilini Kil gimnaziyasında aldı. Ardından Strasburq Universitetində və 1910-cu ildən isə Kil Universitetinin hüquq fakültəsində təhsilini davam etdirdi. 1913-cü ildən etibarən donanmada xidmət etməyə başladı. Birinci Dünya müharibəsində piyada qoşunlarında vuruşdu.
Müharibənin ardından 14 avqust 1919-cu ildə Lippeli Kaliksta ilə evləndi. Ancaq övladı olmadı. 1919-1921-ci illərdə Şlezviq hökumətində məmur kimi çalışdı. İkinci Dünya müharibəsində almanların məğlub edilməsinin ardından Sovet qoşunlarından qaçaraq cənubi Bavariyada gizləndi. Ancaq burada yaşadığı mədə qanaması səbəbilə 2 may 1945-ci ildə vəfat etdi. Burada meşə zolağında dəfn olundu.
Mənbə
Ədəbiyyat
Ernst Dietrich Baron v. Mirbach: Prinz Heinrich von Preußen. Eine Biographie des Kaiserbruders. Böhlau Verlag, Köln/Weimar/Wien 2013, ISBN 978-3-412-21081-6
İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Prussiya şahzadələri